Icma.az
close
up
RU
Müxalifət Paşinaynın yerinə yeni namizəd tapıb David Ambartsumyan kimdir?

Müxalifət Paşinaynın yerinə yeni namizəd tapıb David Ambartsumyan kimdir?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il Ermənistanda Nikol Paşinyan hökumətini devirmək üçün keşiş Baqrat Qalstanyanı qabağa verən və kütləvi aksiyalar təşkil edən rusiyapərəst, revanşist və qatı millətçi qüvvələr artıq yeni namizəd irəli sürürlər. Xüsusilə də Nikol Paşinyan Keşiş Baqratı ifşa edən paylaşımlar edəndən sonar (onun öz dayıssı arvadı ilə izdivacda olduğunu yazıb) Baqratın “müqəddəsliyi”nin və siyasi iddialarının bir qara qəpiklik dəyəri qalmayıb…

“David Ambartsumyan baş nazirliyə namizəd olmağa layiqdir, bu istiqamətdə ciddi mübarizə aparmağa qadirdir”. Bunu Ermənistanın sabiq Prezidenti, hərbi cinayətkar Serj Sarqsyan məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində deyib. Söhbət Masis şəhərinin meri David Ambartsumyandan gedir. Belə görünür ki, indi müxalifət Paşinyanın qarşısına onu çıxarmaq qərarına gəlib.

Sarqsyan hətta yaxın zamanda Ermənistanda vətəndaş müharibəsini də istisna etməyib: "Mən bütün təhlükələri görürəm. Bu hakimiyyət qaldıqca ən inanılmaz şeylər baş verə bilər".

Qeyd edək ki, bundan az öncə Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasında təmsil olunan Sarqsyanın partiyası Paşinyana qarşı impiçment - etimadsızlıq səsverməsi prosesinə başlamaq üçün David Ambartsumyanı baş nazirliyə namizəd kimi göstərib. Lakin baş nazirə etimadsızlıq səsverməsi parlamentdə yalnız o halda müzakirə edilə bilər ki, ən azı 36 deputat prosesə başlamaq üçün tələb olunan imzaları təqdim etsin. İki müxalifət fraksiyası (“Ermənistan” və “Şərəfim var”) birlikdə cəmi 34 deputat təşkil edir. Daha dörd deputat müstəqil statusa malikdir. Hökumət başçısına etimadsızlıq bildirmək üçün isə 107 deputatdan azı 54-ü impiçmentə səs verməlidir. Müxalifət və müstəqil sayılan deputatlarınsa ümumi sayı 38-dir. Odur ki, parlamentdə Paşinyanın istefasına nail olmaq mümkünsüzdür. 

Ambartsumyana gəlincə, bu şəxs daha çox kriminal aləmə yaxınlığı, “qoçu dəstəsi” saxlaması ilə tanınıb. Onun adamları hələ 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişinin qarşısını almaq üçün əllərindən gələni ediblər. Həmin vaxt da Masis şəhərinin meri olan Ambartsumyan və onun qardaşının başçılıq etdiyi dəstələr İrəvanın Erebuni inzibati rayonunda, həmçinin Ararat rayonunda Paşinyanın tərəfdarlarına, nümayişçilərə silahla hücum ediblər, onlara xəsarətlər yetiriblər. Baş vermiş insidentlə bağlı aparılan istintaq çərçivəsində Ambartsumyan və qardaşı həbs olunmuşdu. 3 il sonra 2021-ci il dekabrın 5-də Ambartsumyan İrəvanda vətəndaşlara qarşı zorakılıq işi üzrə ona qarşı ittihamların ləğv olunduğunu elan edib. Ambartsumyanın qardaşı Qor Ambartsumyana qarşı isə Ermənistan prokurorluğu “sutenyorluq” maddəsi ilə cinayət işi açıb. Bir sözlə, erməni müxalifətinin yeni namizədinin reputasiyası kifayət qədər mübahisəli və hətta ləkəlidir. Buna baxmayaraq, belə görünür ki, Sarqsyan-Koçaryan cütlüyü layiqli namizəd tapıb qabağa verməkdə çətinlik çəkdiyindən belə bir fiqurun üzərində qalmaq məcburiyyətindədir.

Ambartsumyan isə özünü artıq “lider” kimi görməyə başlayıb. Onu Sarqsyan və digər revanşistlər dəstəkləyir. Ambartsumyan hazırda Paşinyana qarşı “ölüm-dirim savaşına girən” bütün ermənilərin katolikosu II Qaregini qarşılamaq üçün İrəvan hava limanına gələrkən də görüntülənib.

Belə görünür ki, əksər ekspertlərin də qeyd etdiyi kimi, nə baş nazir postuna yetəcək siyasi savadı, səviyyəsi, nə də əhali arasında ciddi nüfuzu olmayan Ambartsumyanın qabağa verilməsi erməni müxalifətinin əlacsızlığından irəli gələn addımdır. Odur ki, onun da keşiş Baqrat kimi bir müddət “istifadə edilib atılacağı” ehtimalı kifayət qədər yüksəkdir…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri