Icma.az
close
up
RU
Paşinyana referendum tələsi ermənilər “çe” desə...

Paşinyana referendum tələsi ermənilər “çe” desə...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İslandiyada Avropa İttifaqına inteqrasiya tərəfdarlarının məğlubiyyəti Ermənistan üçün də ciddi siyasi mesaj daşıyır, çünki...

İslandiyada avqustun 29-da keçirilən referendum Avropa İttifaqına inteqrasiya tərəfdarlarının məğlubiyyəti ilə başa çatdı. Səsvermədə iştirak edənlərin 52,8 faizi Aİ ilə üzvlük danışıqlarının bərpa edilməsinə qarşı çıxdı, 47,2 faiz isə bunu dəstəklədi.

İlk baxışdan bu, uzaq Şimali Avropadakı kiçik bir ölkənin daxili siyasi məsələsi kimi görünə bilər. Ancaq İslandiyadakı nəticə Ermənistan üçün də ciddi siyasi mesaj daşıyır. Çünki İrəvanın qarşısında getdikcə daha açıq şəkildə “Avropa, yoxsa Rusiya?” seçimi formalaşır və Nikol Paşinyan hökuməti bu seçimi nə vaxtsa xalqın qarşısına referendum şəklində çıxarmaq məcburiyyətində qala bilər.

Maraqlıdır ki, referendum ideyasını ilk növbədə Moskva gündəmə gətirib. May ayında Rusiya Prezidenti Vladimir Putin və Avrasiya İqtisadi İttifaqının digər liderləri Ermənistanın Aİ-yə qoşulması, yaxud Avrasiya İqtisadi İttifaqında qalması barədə ümumxalq referendumunun keçirilməsini tələb ediblər.

Paşinyan isə hələlik belə referendumun keçirilməsinə ehtiyac olmadığını bildirir. Bununla belə, Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesini dəstəkləyən qərarından sonra ölkənin Qərbə inteqrasiyası artıq siyasi şüar olmaqdan çıxaraq real dövlət siyasətinə çevrilib.

Məhz bu baxımdan İslandiyanın nəticəsi Paşinyan üçün arzuolunmaz presedentdir. Çünki referendum keçirmək bir şeydir, həmin referendumun nəticəsini əvvəlcədən müəyyənləşdirmək isə tamam başqa məsələdir. Hakimiyyət Aİ tərəfdarı olsa belə, seçici qarşısında “Avropa seçimi”nin cavabı “çe”(ermənicə “yox” deməkdir) ola bilər.

Ermənistan üçün vəziyyət daha mürəkkəbdir. İslandiyadan fərqli olaraq, söhbət yalnız iqtisadi inteqrasiyadan getmir. Ermənistan Aİ-yə yaxınlaşmaqla eyni zamanda Rusiya ilə mövcud siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini də yenidən nəzərdən keçirməli olacaq. Üstəlik, Moskva artıq açıq şəkildə bildirir ki, İrəvan Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir.

Belə vəziyyətdə referendum Paşinyan üçün siyasi riskə çevrilə bilər. Əgər cəmiyyətin Aİ-yə münasibəti kampaniya dövründə dəyişərsə və ya Rusiya ilə əlaqələrin qopmasının iqtisadi və sosial nəticələri seçicini narahat edərsə, “Avropa yolu”nun tərəfdarları İslandiyadakı kimi gözlənilməz məğlubiyyətlə üzləşə bilərlər.

İslandiyada 52,8 faizlə gələn “yox” cavabı göstərdi ki, referendumda siyasi hakimiyyətin istəyi ilə xalqın qərarı arasında ciddi fərq yarana bilər. Ermənistan üçün isə belə bir ssenari Paşinyan hökumətini bütün Avropa strategiyasını yenidən hesablamağa məcbur edə bilər.

Nə zamansa Ermənistanda da referendum keçirilsə, İslandiyadakına bənzər nəticənin alınması ehtimalı varmı? Belə bir nəticənin ortaya çıxmaması üçün Paşinyan hökuməti nələri etməlidir?

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İslandiya nümunəsini Ermənistanla birbaşa müqayisə etmək də düzgün olmazdı. İslandiya artıq Avropa İqtisadi Zonasının və Şengen məkanının üzvüdür, Aİ-nin vahid bazarına çıxışı var. Yəni islandiyalı seçicinin qarşısında “Avropa və ya Avropadan kənarlaşmaq” kimi sərt geosiyasi seçim yox idi: “Referendum daha çox tamhüquqlu Aİ üzvlüyünün əlavə üstünlüklərinin milli suverenlik və xüsusilə balıqçılıq sektoruna mümkün təsirlərlə müqayisəsinə çevrildi. Ermənistanın vəziyyəti isə tamamilə fərqlidir. İrəvan hazırda Rusiya ilə formalaşmış iqtisadi və təhlükəsizlik əlaqələri ilə Avropa inteqrasiyası arasında daha mürəkkəb seçim qarşısındadır. Baş nazir Nikol Paşinyan avqust ayında Ermənistanın yaxın gələcəkdə Aİ-yə üzvlük üçün rəsmi müraciət hazırlayacağını və bununla bağlı referendum keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Moskvanın da məhz referendum məsələsini gündəmə gətirməsi təsadüfi deyil. Rusiya rəsmiləri Ermənistanın Aİ-yə mümkün üzvlüyünü Avrasiya İqtisadi İttifaqı ilə münasibətlər baxımından ciddi problem kimi qiymətləndirir və İrəvanın seçim etməsini istəyirlər. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin hətta Ermənistanın referendum məsələsinə 2026-cı ilin dekabrına qədər qərar verməli olduğunu bildirib. Maraqlıdır ki, Paşinyan indiyədək Moskvanın tələbi ilə referendum keçirməyə tələsmir. O, əvvəlcə Ermənistanın Aİ-yə rəsmi müraciət etməli olduğunu bildirir və referendumun praktiki baxımdan bundan sonra mümkün olacağını vurğulayır".

Ekspert qeyd etdi ki, Ermənistanda referendum keçirilsə, indidən Ermənistan cəmiyyətinin referendumda hansı istiqamətdə səs verəcəyini proqnozlaşdırmaq çətindir: “Ermənistanda məsələ İslandiyadakı kimi yalnız iqtisadi maraqlarla ölçülməyəcək. Burada təhlükəsizlik, Rusiya ilə münasibətlər, Qərbin verdiyi siyasi və iqtisadi təminatlar, Türkiyə və Azərbaycanla münasibətlərin gələcəyi, sərhədlərin təhlükəsizliyi və ölkənin iqtisadi perspektivləri kimi faktorlar həlledici rol oynayacaq. Əgər Ermənistan vətəndaşı qarşısında ”Aİ-yə üzvlük" məsələsi konkret formada qoyularsa, seçicinin verəcəyi qərar böyük ölçüdə bu sualdan asılı olacaq: Avropaya inteqrasiya Ermənistana real təhlükəsizlik və iqtisadi üstünlüklər gətirəcəkmi, yoxsa ölkə mövcud Rusiya bazarlarından, enerji və digər iqtisadi əlaqələrindən məhrum olacaq? Bu baxımdan referendum kampaniyasının nəticəsini əvvəlcədən yalnız “Qərbyönlü” və ya “Rusiyayönlü” əhali nisbəti ilə hesablamaq mümkün deyil".

“Nəticələrin istədiyi kimi olması üçün Paşinyan hökuməti nə etməlidir” sualına gəlincə, X.Bəşirovun fikrincə, Paşinyan hökuməti Aİ-yə inteqrasiya kursunun referendumda dəstəklənməsini istəyirsə, ilk növbədə cəmiyyətə konkret və ölçülə bilən nəticələr təqdim etməlidir: “İlk məsələ təhlükəsizlikdir. Ermənistan cəmiyyətində belə bir sual yaranacaq ki, Rusiya ilə münasibətləri zəiflətdikdən sonra Aİ bizə təhlükəsizlik baxımından nə verəcək? Bu suala konkret cavab olmadan sırf siyasi şüarlarla referendum kampaniyası aparmaq çətin olacaq.

İkinci məsələ iqtisadiyyatdır. Aİ-yə inteqrasiyanın Ermənistan vətəndaşının gündəlik həyatına necə təsir edəcəyi-investisiyalar, yeni iş yerləri, ixrac, əmək bazarı, sosial standartlar və gəlirlər aydın izah edilməlidir. Üçüncü və ən vacib məsələ isə Rusiya ilə münasibətlərin necə tənzimlənəcəyidir. Ermənistan iqtisadiyyatının Rusiya ilə əlaqələri hələ də əhəmiyyətlidir. Buna görə hökumət seçiciyə “Rusiya ilə bütün əlaqələr dərhal kəsiləcək” görüntüsü yaratmaq əvəzinə, keçidin hansı mərhələlərlə və hansı iqtisadi mexanizmlərlə həyata keçiriləcəyini izah etməlidir.

Dördüncü məsələ şəffaflıqdır. Əgər referendum yalnız Paşinyan hakimiyyətinin siyasi kursuna səsvermə kimi təqdim olunarsa, cəmiyyətdə əks reaksiya yarana bilər. Ona görə referendumun “Paşinyan və ya müxalifət” seçiminə çevrilməsinin qarşısını almaq lazımdır".

Ekspert qeyd etdi ki, əsas risk referendumun geosiyasi qarşıdurmaya çevrilməsidir: “Ermənistanda referendum keçirilsə, ən böyük risk onun Aİ ilə Rusiya arasında sadə ”kim qalib gələcək?" yarışına çevrilməsidir. Belə vəziyyətdə Rusiya Ermənistan cəmiyyətində Aİ-yə üzvlüyün mümkün mənfi nəticələri barədə kampaniya apara bilər. Qərb tərəfi isə əksinə, Avropa inteqrasiyasının üstünlüklərini önə çıxaracaq. Nəticədə erməni seçicisi iki geosiyasi blok arasında seçim etdiyini düşünə bilər. Bu isə İslandiya nümunəsindən fərqli olaraq daha sərt qütbləşmə yarada bilər. Əslində Paşinyan hökumətinin əsas vəzifəsi cəmiyyətə “Rusiya, yoxsa Avropa” sualını vermək deyil, “Ermənistan üçün hansı model daha çox təhlükəsizlik, iqtisadi inkişaf və suverenlik təmin edir?” sualını cavablandırmaq olmalıdır. Əgər hakimiyyət bu suallara inandırıcı cavab verə bilməsə, İslandiyada olduğu kimi, seçicilər status-kvonu qorumağa üstünlük verə bilərlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see281

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see268

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see268

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see252

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see227

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see226

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see224

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see222

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see215

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see212

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see199

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see193

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see190

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see187

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see181

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see180

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see178

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see177

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri