Icma.az
close
up
RU
Ermənilər Paşinyana səs verəcək TƏHLİL

Ermənilər Paşinyana səs verəcək TƏHLİL

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanda keçiriləcək parlament seçkilərinə bir aydan da az bir vaxt qalıb. İyunun 7-də keçirilməsi planlaşdırlan seçkilərdə ölkə parlamentinin 101 üzvü müəyyənləşəcək.

Hazırda əsas namizədlər və siyasi qüvvələr aşağıdakılardır:

- Nikol Paşinyan - hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri və hazırkı baş nazir. Kobert Koçəryan – “Ermənistan” blokunun əsas simalarından biridir və müxalifətin ən güclü fiqurlarından hesab olunur. Samvel Karapetyan - “Güclü Ermənistan” alyansının arxasında duran əsas fiqurlardan biridir. Qaqik Tsarukyan - “Çiçəklənən Ermənistan” Partiyasının lideridir və yenidən siyasi arenaya qayıdıb. Edmon Marukyan - “Parlaq Ermənistan” Partiyasına rəhbərlik edir və əvvəllər Paşinyanın müttəfiqi olub. Hayk Marutyan - keçmiş İrəvan meri və “Yeni Güc” hərəkatının lideridir.

Parlament seçkiləri öncəsi EVN Report və Armenian Election Study (ArmES) tərəfindən həyata keçirilən seçici davranışı araşdırmasının üçüncü mərhələsinin nəticələrinə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyətinə dəstək artmaqda davam edir. Baş nazirin fəaliyyətini dəstəkləyənlərin sayı ilk sorğuda 36% olduğu halda, ikinci mərhələdə 47,2%-ə, son nəticələrdə isə 49%-ə yüksəlib. Eyni zamanda onun fəaliyyətindən narazı olanların sayı da azalıb. Bu göstərici ilk sorğuda 45%, ikinci mərhələdə 35,8%, hazırkı sorğuda isə 33,7% təşkil edib.

Sorğu Ermənistan cəmiyyətində ölkənin gələcək istiqaməti ilə bağlı baxışların da dəyişdiyini göstərir. Respondentlərin 44%-i Ermənistanın düzgün istiqamətdə inkişaf etdiyini düşünür. Bu göstərici əvvəlki mərhələlərlə müqayisədə artım nümayiş etdirir. Hazırda ölkənin yanlış istiqamətdə getdiyini düşünənlərin payı 30,9%-dir.

Araşdırmaya görə, hakim “Mülki Müqavilə” Partiyası seçki yarışında əsas rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayır. Bununla belə, partiya hələlik parlamentdə təkbaşına hökumət formalaşdırmaq üçün lazım olan səs çoxluğunu təmin edə bilmir.

Sorğuda iştirak edənlərin səsvermə niyyətinə əsasən:

-"Mülki Müqavilə” Partiyası — 32,5%, “Güclü Ermənistan” Partiyası — 10,1%, “Ermənistan Alyansı” — 4,4%, “Çiçəklənən Ermənistan” Partiyası — 3,4% dəstəyə malikdir.

Xalqın Paşinyana etimadının artmasının isə bir sıra ciddi səbəbləri mövcuddur. Xalqın Paşinyana etimadının artmasının isə bir sıra ciddi səbəbləri mövcuddur. İlk növbədə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi keçmiş hakimiyyət nümayəndələrinin yenidən iqtidara qayıtmasını istəmir. Xüsusilə Robert Koçəryan dövrü bir çox erməni seçici tərəfindən korrupsiya, oliqarxik idarəetmə və siyasi təzyiqlərlə assosiasiya olunur. Bu səbəbdən müxalifətin əsas fiqurları cəmiyyətin böyük hissəsində əvvəlki qədər etimad yarada bilmir.

Digər mühüm amil isə Paşinyanın 2018-ci il “məxməri inqilab”ının simvolu kimi qalmasıdır. O, hələ də müəyyən seçici qrupları tərəfindən “xalqdan çıxmış siyasətçi”, köhnə sistemə qarşı mübarizə aparan lider kimi qəbul edilir. Bu imic xüsusilə gənclər və şəhər elektoratı arasında öz təsirini qoruyur.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşsə də, sonrakı dövrdə o, siyasi gündəmi dəyişməyi bacarıb. Ermənistan cəmiyyətinin bir hissəsi hesab edir ki, ölkənin uzunmüddətli inkişafı üçün regionda sabitlik və kommunikasiyaların açılması vacibdir. Bu baxımdan Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönələn siyasəti müəyyən dəstək qazanır.

Bundan əlavə, Paşinyan hakimiyyəti Qərblə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət ayırır. Avropa İttifaqı və ABŞ-la yaxınlaşma tərəfdarları onu Ermənistanın xarici siyasətdə daha balanslı kurs yürütməyə çalışan lider kimi təqdim edirlər. Müxalifətin əsas simalarının isə daha çox Rusiya yönümlü siyasətlə əlaqələndirilməsi bəzi seçicilərin Paşinyana üstünlük verməsinə səbəb olur. Ekspertlər hesab edirlər ki, müxalifətin parçalanmış vəziyyətdə olması da hakim partiyanın üstünlüyünü artıran əsas faktorlardandır. Hazırda Ermənistanda Paşinyana qarşı vahid siyasi mərkəz formalaşa bilməyib. Müxalif düşərgədə həm ideoloji, həm də liderlik baxımından ciddi fikir ayrılıqları qalmaqdadır.

Sosioloji sorğuların nəticələri göstərir ki, seçkiyə qədər ciddi siyasi dəyişiklik baş verməsə, “Mülki Müqavilə” Partiyası yenə də birinci siyasi qüvvə olaraq qalacaq. Bununla belə, partiyanın parlamentdə yenidən təkbaşına hökumət formalaşdırıb-formalaşdıra bilməyəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri