Icma.az
close
up
RU
Paşinyana Tehranda Zəngəzur XƏBƏRDARLIĞI Kritik dönəm

Paşinyana Tehranda Zəngəzur XƏBƏRDARLIĞI Kritik dönəm

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin prezidenti Məsud Pezeşkianla görüşüb və onunla regional məsələləri müzakirə edib. Pezeşkian söhbət zamanı ona bildirib ki, İran-Ermənistan münasibətləri xarici təsirlərdən asılı olmamalıdır. “Regiondan kənar aktorların müdaxiləsi regional problemlərin həllinə kömək etmir, əksinə, yeni çətinliklər və qeyri-sabitlik yaradır. Beynəlxalq sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə hörmət İranın xarici siyasətinin dəyişməz prinsiplərindəndir”, - Pezeşkian vurğulayıb.

İran prezidenti “xarici təsirlər” dedikdə nəyə işarə edir? Kənar aktorlar qismində yəqin ki, Avropa Birliyi və ABŞ nəzərdə tutulur. Bəs İrəvanın Qərblə yaxınlaşmasında Tehranı ən çox narahat edən nədir? Xüsusən sərhədlər məsələsinə diqqət yönəldilməsini Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə əlaqələndirmək olarmı?

Professor Qabil Hüseynliyə görə, İran ABŞ-nin bölgəyə yerləşməsindən narahatdır. Onun fikrincə, Pezeşkian Paşinyana da bunu demək istəyib: "ABŞ indi ən aktiv hərəkətləri Ermənistan ərazisində edir. Bir tərəfdən, hərbi təlimlər keçirilir, bir yandan "Tramp marşrutu" layihəsi var ki, amerikalıların İranla sərhədə yerləşməsi nəzərdə tutulur. Bu narahatlıq da ondan irəli gəlir ki, ABŞ kəşfiyyatı daha fəal ola bilər. Amma İranın bu reaksiyaları planları dəyişmir. Ermənistan həm ABŞ, həm Avropa İttifaqı ilə yaxınlaşmanı sürətləndirir".

Mütəxəssis hesab edir ki, İranın əsas narahatlığı Zəngəzur dəhlizidir: "Tehrana görə, regiona kənar güclərin gətirilməsi yolverilməzdir. Lakin 3+3 formatı da gerçəkləşmədi. Ona görə Qərb öz təsirlərini getdikcə artırır. Bizim üçün Naxçıvana quru yolun açılması vacibdir. Ermənistan bu öhdəliyi yerinə yetirəcək. Azərbaycan yola kimin nəzarət etməsini özü üçün prioritet saymır. Qoy bundan Rusiya və İran narahat olsun. Ona görə belə xəbərdarlıqlar səslənir. Paşinyan isə Trampla sənəd imzalayıb və bölgəyə ABŞ şirkəti gələcək. İran vaxtaşırı xəbərdar edir ki, bu mövcudluğun əleyhinədir. Amma SEPAH rejimi bu qlobal logistikaya əngəl olmağa çalışsa, ciddi zərbə ala bilər. Bu dəfə Avropa Birliyi ölkələri də onu bağışlamayacaq. Çünki söhbət Orta dəhlizin bir hissəsindən və ona mane olmaqdan gedir".

Bu arada, İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyi bildirilir. İran parlamentinin deputatı Ara Şahverdiyan Tehranda erməni jurnalistlərlə görüşündə bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsini illik 3 milyard dollara çatdırmaq üçün ciddi potensial mövcuddur. Onun sözlərinə görə, ötən il İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Daha sonra bu razılaşmalar İran İslam Respublikasının vitse-prezidenti Purməhəmmədinin Ermənistana son səfəri zamanı da təsdiqlənərək əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb.

Həmçinin İran diplomatik kanallar vasitəsilə Ermənistana “Tramp marşrutu” ilə bağlı xəbərdarlıq edib. Erməni mediası məlumat yayıb. Məlumata görə, Tehran İrəvana bildirib ki, dünən imzalanmış memorandum çərçivəsində ABŞ administrasiyasından İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Tramp marşrutu”nun həyata keçirilməsi detalları ilə bağlı aydınlıq əldə etməyə çalışacaq. Erməni KİV-in iddiasına əsasən, İran təhlükəsizliyinə tam əmin olmayana qədər TRIPP layihəsinə razılıq vermək niyyətində deyil. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 İyul 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri