Icma.az
close
up
RU
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrandan Zəngəzur dəhlizi ilə bağlı sərsəm bəyanatlar davam edir. 

Bu dəfə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Yadulla Cavani Azərbaycan və Ermənistanı hədələyib: 

“Hər iki ölkə Ukrayna kimi səhvə yol verib və bu, onların gələcəyinə ağır nəticələr gətirə bilər. İran sərhədində ABŞ-nin dəstəyi ilə “Tramp yolu” adlandırılan kommunikasiya xəttinin açılmasına imkan verilməyəcək. ABŞ-nin Qafqaza girməsinə Rusiya, İran və Çin qarşı duracaq, Qafqaz isə Trampın muzdlu əsgərlərinin məzarlığı olacaq”. 

Bir müddət əvvəl İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də təhdid dolu açıqlama verib: 

“Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”. 

Göründüyü kimi, İran Zəngəzur dəhlizinin açılmasını həzm etməkdə çətinlik çəkir. Ona görə cəfəng sözlərlə təhdidlərini davam etdirir. Ancaq bütün İran hakimiyyətinin eyni fikirdə olmaması, Prezident Məsud Pezeşkianın fərqli münasibət sərgiləməsi diqqətlərdən yayınmır. Bəlkə də İran hakimiyyətində reallığı dərk edən yeganə şəxs məhz Pezeşkiandır.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, İran hakimiyyətində Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı var: 

“Bu, həm də İran hakimiyyətində bölünmələr olduğunu göstərir. Faktiki olaraq, idarəetmə sistemində problem olduğu ortadadır. Bir tərəfdən ali dini lider Əli Xameneyinin rəhbərlik etdiyi komanda Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Digər tərəfdən isə Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi komandanın mövqeyi fərqlidir. Hətta Xameneyi cəbhəsinin Zəngəzur dəhlizi ilə bağlı təhdidlərinə rəğmən, Pezeşkian özü açıqlama verərək vəziyyətin deyildiyi kimi olmadığını bəyan edir”. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı məsələnin uzanmasının da arxasında İran dayanırdı: 

“Rəsmi Tehran indiyə kimi bu cür bəyanatlarla Ermənistana təzyiq edirdi. Onlar bu və ya digər formada İrəvan hakimiyyətinə Zəngəzur dəhlizi ilə bağlı addım atmağa imkan vermirdilər. Lakin indi vəziyyət tamamilə dəyişib. Artıq reallıq o həddə çatıb ki, İran da bu yolun açılmasının qarşısını ala bilməyəcəyini başa düşür. Tehran hakimiyyəti istəsə də, istəməsə də artıq ABŞ regiona gəlib və müqavilə imzalanıb. İran isə bunu dəyişəcək gücdə deyil”. 

Samir Hümbətov onu da diqqətə çatdırıb ki, İran əvvəldən prosesin qarşısını almağı planlasa da, buna nail ola bilmədi: 

“Nəzərə almaq lazımdır ki, Tehranın Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün resursları yoxdur. İran balaca bir İsraillə belə başa çıxa bilmədi. Faktiki olaraq, İsraillə 12 günlük müharibədə çox ağır vəziyyətə düşdülər. 

Əgər ABŞ müdaxilə etməsəydi, hətta İranı daha rüsvayedici nəticələr gözləyə bilərdi. Belə olan halda, İranın ABŞ ilə baş-başa gələcək vəziyyətdə olmadığı aydın şəkildə görünür. Düşünürəm ki, Tehran bu yolun açılmasına əngəl ola bilməz. Əgər bu istiqamətdə hansısa addım atmağa cəhd etməsi onun üçün böyük bir problemə çevrilə bilər”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: İran Zəngəzur dəhlizi Samir Hümbətov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri