Icma.az
close
up
RU
Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİyə qəbul edilməyəcək?

Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİyə qəbul edilməyəcək?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan hökuməti Avropa İttifaqına daxil olmaq prosedurunun başlanmasına dair qanun layihəsini parlamentə təqdim edib. Eyni zamanda, hökumət başçısı Nikol Paşinyan qanunun yalnız bu ideyanı "müzakirə etmək" üçün lazım olduğunu deyib. Onun sözlərinə görə, məsələ referenduma çıxarılacaq. Eyni zamanda, Aİ-nin özündə hələ heç kim Ermənistanı heç yerə dəvət etməyib. Hələlik Brüssel yalnız "yaxınlaşma" təklifi ilə çıxış edib. İrəvan dəvət olunmadığı ittifaqa necə daxil olmağı planlaşdırır və Qərb niyə onunla oynamağın əleyhinə deyil?

Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru yazıb.

Məqalədə bildirilir ki, Qərb Ermənistanı Ukrayna yolu ilə aparır, ölkədən Rusiya və İrana qarşı istifadə etməyə çalışır.

Bu barədə "Ana Ermənistan" hərəkatının lideri, politoloq Andranik Tevanyan xəbərdarlıq edir. Onun fikrincə, Paşinyan əslində Aİ-yə qoşulmağın qeyri-mümkün olduğunu anlayır, lakin reytinqini saxlamaq üçün bu şüardan istifadə edir.

"Paşinyan manipulyasiya edir, Avropa İttifaqında gələcək həyatla bağlı illüziyaları olan əhalinin təbəqələrini aldadır. Əslində bu proses Ermənistanın özünün təhlükəsizliyini təhdid edir. Biz Ukraynanın timsalında Aİ və kollektiv Qərbin nə istədiyini görürük. Onlar hesab edirlər ki, Kiyev Moskvaya qarşı mübarizədə sövdələşmə obyektidir. Eyni şeyi Ermənistanla da edəcəklərini gözləyirlər. Gürcüstanda bunu tez başa düşdülər və buna görə də özlərini xilas etdilər. Paşinyan isə Qərb kuratorlarının sifarişlərini yerinə yetirməklə özünü xilas etmək istəyir", - Tevanyan bildirib.

Rusiyalı politoloq Aleksey Naumov isə bildirib ki, Paşinyanın hakimiyyətdə qalması üçün bu qanun layihəsinə ehtiyac duyur:

"Bu, Paşinyanın siyasi silah kimi istifadə etdiyi güclü ideyadır. Avropa İttifaqı bunu görür və başa düşür ki, onun təşviqindən faydalanacaq. Əsasən də Brüsselin bunun üçün xüsusi bir iş görməsinə ehtiyac yoxdur - sadəcə olaraq müşahidəçilər göndərir, az miqdarda pul köçürür, bir neçə silah göndərir. Bunun müqabilində Aİ çox şeyə hazır olan, o cümlədən Rusiya və Azərbaycanın regionda maraqlarına qarşı çıxan ölkə əldə edir", - deyə Naumov bildirib.

Politoloq qeyd edib ki, Ermənistanın Aİ-yə daxil olması prosesi istənilən halda ümumi sərhədlərin olmaması ilə çətinləşir.

"Ermənistan Aİ-yə daxil olmaq niyyətində deyil, xüsusən də onun ittifaqla nə quru, nə də dəniz sərhədləri olmadığına görə", - Naumov bildirib. Onun fikrincə, belə bir ideyanın müzakirəsi Paşinyana sərfəlidir və erməni xalqı ölkənin Qərbə doğru getdiyi illüziyasını qəbul edir.

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Camaləddin Həsənov da Ankaranın Avropa İttifaqına daxil olmaq cəhdlərini misal çəkib. O, Türkiyənin Yaxın Şərqdə əhəmiyyətli geosiyasi təsirə və perspektivli iqtisadiyyata malik olduğunu qeyd edib. Türkiyə ilə müqayisədə Ermənistan daha kiçik ölkədir, fərqli tarixə malikdir, daxili və xarici çağırışlar toplusudur. Buna görə də, deputat yaxın illərdə Ermənistanın Aİ-yə qəbul olunacağına şübhə etdiyini bildirib.

Həsənov istisna etmir ki, Ermənistanın Aİ-yə üzvlük istəyi xarici siyasətdən daha çox daxili siyasətlələ əlaqəlidir, Paşinyanın həyata keçirməyə çalışdığı daxili islahatların uğursuzluğu ilə bağlıdır. O, istisna etmir ki, Ermənistandakı bu qanunun yaranmasının əsl təşəbbüskarı Qərb olub.

"Qərb ölkələri, şübhəsiz ki, Cənubi Qafqaz regionunda öz təsirlərini gücləndirməkdə maraqlıdırlar. Ermənistan isə bu konstruksiyanın mühüm hissəsidir. Xüsusən də müstəqil şəkildə inkişaf etməyə qərar verən Gürcüstanın xarici siyasətinin dəyişməsi fonunda... Paşinyanın kabinetinin atdığı hər addım sadə vətəndaşlara müsbət təsir göstərmir. Ehtirasların intensivliyini azaltmaq üçün səlahiyyətlilər deyir: "Səbrli olun!" Biz tezliklə Aİ-yə daxil olacağıq və hər şey yaxşı olacaq". Amma daimi vədlər insanları getdikcə qıcıqlandırır", - deyə deputat vurğulayıb.

Politoloq və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorq Mirzoyan bildirib ki, qanun layihəsi Paşinyanın "ölkəni Rusiya inteqrasiya məkanından çıxarmaq" siyasətinin elementlərindən biridir. Onun fikrincə, Ermənistan Avropa Birliyinə qəbul olmaq əvəzinə, yaxın illərdə dövlətçiliyini bütövlükdə itirə bilər.

"Qərbin vəzifəsi istənilən "konfet"lə Ermənistanı Rusiya inteqrasiya məkanından çıxarmaqdır. İrəvan üçün bundan sonra nə olacağı isə xüsusi narahatlıq doğurmur. İstənilən seçim yaxşıdır. Əgər biz suverenliyi qoruya bilsək və dövləti qərbyönlü edə bilsək, Qərb üçün bir o qədər yaxşıdır. Bu o deməkdir ki, Ermənistan ABŞ-nin Cənubi Qafqazda bazasına çevrilir", - Mirzoyan qeyd edib.

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib ki, Ermənistan Aİ-yə daxil olmaq niyyətini bəyan etməklə artıq "Ukrayna dırmığı"nın üzərinə addım atır.

"Paşinyan nümayişkaranə şəkildə Qərbə doğru istiqamət götürür, erməni xalqının maraqlarına və çoxəsrlik dostluq əlaqələrinə xəyanət edir. "Rusofobiya ilə ticarət" həvəskarlarına qoşulmaq çətin ki, Paşinyanın ümid etdiyi dividendləri gətirsin. Kollektiv Qərb sadəcə olaraq belə gəlinciklərdən istifadə edir", - parlamentari bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri