Icma.az
close
up
RU
Əcnəbi ekspertlər: “Ermənistan Aİyə qəbul edilməyəcək, bunun üçün heç bir uyğunluq yoxdur”

Əcnəbi ekspertlər: “Ermənistan Aİyə qəbul edilməyəcək, bunun üçün heç bir uyğunluq yoxdur”

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Vəziyyət 2014-cü ildə Ukraynada olduğu kimi təkrarlanacaq - Rusiya Ermənistanla ticarətini və əlaqələrini bağlayacaq, İrəvan isə Avropa Birliyi və Qərbdən kifayət qədər dəstək görməyəcək”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun keçirilməsi təşəbbüsünü dəstəkləyib. Bunu Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib. O qeyd edib ki, ölkənin Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını başa çatdırıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq.

Xzmalyanın sözlərinə görə, layihə qanunverici orqanın dəstəyini almazsa, kampaniya yenidən keçiriləcək və 300 min imza toplana bilsə, qanunverici orqanın qərarı olmadan ümumxalq səsverməsi keçiriləcək.

Bəs bütün bunlar praktiki mənada nəyə gətirib çıxara bilər? Paşinyan və komandası nəyə ümid edir? Səs çoxluğu ilə ümumxalq səsverməsi Ermənistanın Aİ-yə daxil olmasına üstünlük versə belə, bu, özlüyündə rəsmi Brüsselə təsir edəcəkmi? Sual olunur ki, Aİ rəhbərliyi indi ittifaqın sərhədlərini genişləndirməyə çalışırmı? Bəs Ermənistanın düşdüyü siyasi və iqtisadi vəziyyəti nəzərə alsaq, ümumilikdə Avropa İttifaqına daxil olmaq perspektivləri necədir? Avropalı analitiklər bu məsələ ilə bağlı fikirlərini Caliber.Az-la bölüşməyə razılaşıblar. Ekspertlərin rəylərini oxucularımıza təqdim edirik

Ondra Soukup: “Ermənistanın Aİ-yə qoşulma cəhdləri bu istiqamətdə həlledici funksiya daşımır”

Postsovet ölkələri üzrə ekspert, Çexiya Radiosunun (Praqa) beynəlxalq əlaqələr departamentinin müxbiri Ondra Soukup vurğulayıb ki, Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirəcək və ya Avro- Atlantik inteqrasiya üçün qanunlar qəbul etməyə çalışan yeganə və ilk ölkə deyil..

“Biz bilirik ki, belə bir referendum Moldovada bu il prezident seçkiləri ilə eyni vaxtda keçirilib. Biz bilirik ki, Gürcüstanda bu, çoxdan konstitusiyada təsbit olunub və indi bu ölkədə mövcud siyasi böhranda da öz rolunu oynayır. Yəni bütün bu addımlar ilk növbədə, deklarativ funksiyanı yerinə yetirir. Qismən də bir növ siyasi olaraq işə yarayır. Məsələn, Moldova prezidenti Maia Sandu bu yolla vətəndaşların seçkilərdə iştirakını artırmağa və öz elektoratını səfərbər etməyə çalışıb”, - mütəxəssis xatırladıb.

Amma o vurğulayıb ki, bütün bunların bu və ya digər ölkənin Avropa İttifaqına daxil olmasının real vaxtı ilə təbii ki, heç bir əlaqəsi yoxdur, çünki belə bir məsələ Aİ-nin hazırkı üzvü olan dövlətlərin özləri tərəfindən razılaşdırılmalıdır.

“Yəni, bu referendumlar bir növ əlamətdar təyinatdır, siyasi bəyanatdır. Onlar, əlbəttə ki, Brüssellə danışıqlar zamanı hansısa formada kömək edə bilərlər, lakin bu o demək deyil ki, dərhal bu və ya digər ölkə, o cümlədən Ermənistan yaxın gələcəkdə Avropa İttifaqına dərhal qoşula bilər”, - Soukup qeyd edib.

Aleksandr Rahr: “Ermənistan Aİ-yə qəbul edilməyəcək; Avropa İttifaqının indi başqa problemləri var”

Alman politoloqu, WeltTrends Beynəlxalq Siyasət İnstitutunun (Potsdam) professoru Aleksandr Rahr bildirib ki, onun fikrincə, Paşinyanın bu qərarları sırf simvolik xarakter daşıyır.

“O, Qərbyönlü kursa sadiqliyini bütün dünyaya sübut etmək istəyir. Paşinyan Rusiya ilə qopduğunu nümayiş etdirir. Amma o, nəyə ümid edə bilər? Vəziyyət 2014-cü ildə Ukraynada olduğu kimi təkrarlanacaq - Rusiya Ermənistanla ticarətini və əlaqələrini bağlayacaq, İrəvan isə Avropa Birliyi və Qərbdən kifayət qədər dəstək görməyəcək. Ermənilər isə iqtisadi əməkdaşlıq üçün türklərə müraciət etməli olacaqlar”,- professor etiraf edir.

O hesab edir ki, İrəvan İranla da əməkdaşlıq edə bilməyəcək - siyasi səbəblərə görə.

“Ermənistan Aİ-yə qəbul edilməyəcək; Avropa İttifaqının indi başqa problemləri var. Bundan əlavə, ittifaqın genişləndirilməsi üçün kifayət qədər vəsait yoxdur və Ermənistanın gələcək qəbulu ilə bağlı Brüsseldə konsensus yoxdur. Düşünürəm ki, ermənilər özləri də bunu başa düşürlər və referendumun nəticələri onların Ermənistanda təsəvvür etməyə çalışdıqları qədər aydın olmayacaq”, - Rahr proqnozlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see178

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see137

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see130

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri