Icma.az
close
up
RU
Paşinyandan kritik addım Azərbaycan bunu gözləmirdi

Paşinyandan kritik addım Azərbaycan bunu gözləmirdi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də Azərbaycanın əsas tələbləri olan konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi məsələlərinə müsbət yanaşmağa hazır olduğunu bildirməsi diqqət çəkir. Paşinyan Bakının irəli sürdüyü şərtlərlə razılaşmağa meyilli olduğunu açıq şəkildə ifadə edib.

Bu, bir manevrdir, yoxsa sülh sazişi ətrafında ciddi gəlişmə yaşanır?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, N.Paşinyan 2026-cı ildə keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlaşır və bu seçkilərə sülh sazişi ilə getmək istəyir:

“Yaxşı başa düşür ki, indi onun və komandasının reytinqi nə 2018-ci, nə də 2021-ci il səviyyəsindədir. Üstəlik, keçən dövr ərzində vəd edilən sosial-iqtisadi rifah da təmin edilməyib və Ermənistan hələ də dalan dövlət olmaqda , regional layihələrdən kənarda qalmaqda davam edir.
Belə bir vəziyyətdə əlində sülh sazişi ilə seçkiyə getmək və kampaniyasını bunun üzərində qurmaq istəyən Paşinyan üçün həmin sazişin imzalanması olduqca vacibdir. Məhz buna görə biz həm Paşinyandan, həm də Ermənistanın digər rəsmilərindən Azərbaycanın şərtləri olan konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi kimi məsələlərə hazır olduqlarına dair bəyanatlara şahidlik edirik.

Lakin məsələ burasındadır ki, Ermənistan nə konstitusiya dəyişikliyi, nə də Minsk Qrupunun ləğvi ilə bağlı müraciət məsələsini indi gündəmə gətirmək istəyir. Bu isə təbii olaraq onların sülh prosesində səmimi olmadıqlarını göstərir”.

Rəşad Bayramov

Politoloqun sözlərinə görə, Minsk Qrupunu saxlayaraq münaqişənin sona çatmadığı mesajını verməyə çalışan Ermənistan, beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiq göstərməsinə və konstitusiya dəyişikliyi olmadan sülh sazişinin imzalanmasına çalışır:

“Azərbaycan sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlamağa hazırlaşır. Belə olan halda, yalnız Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanıması və Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı bəyanatları yetərli deyil. Buna görə də prinsip etibarilə Ermənistanda kimin hakimiyyətə gələcəyi bizim üçün əhəmiyyət daşımır. Əsas olan, həmin qüvvənin sülhə hazır olub-olmamasıdır. Daha da vacibi isə Ermənistan cəmiyyətində əksəriyyətin sülhü dəstəkləməsidir. Bu baxımdan, Ermənistanın müvafiq konstitusiya dəyişikliyini həyata keçirərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi onların sülhə nə dərəcədə hazır olduğunu göstərəcək.

Hazırkı durumda isə Paşinyanın dedikləri yalnız quru bəyanatlardan ibarətdir və bu, heç bir halda Ermənistanın sülh istəməsi kimi qiymətləndirilə bilməz”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri