Icma.az
close
up
RU
Bunu deməyə çəkinirdim, amma Qərbi Azərbaycan... Paşinyandan ETİRAF

Bunu deməyə çəkinirdim, amma Qərbi Azərbaycan... Paşinyandan ETİRAF

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan və Azərbaycan iki xalqa sülh şəraitində yaşamaq şansı verməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin həll olunmadığı barədə açıqlamalar əslində yeni müharibəyə çağırış deməkdir:

“Ermənistanda yeni müharibə tələb edən qüvvələrin olduğunu deyəndə, Azərbaycan bu kimi fikirlərə dərhal reaksiya verir. Məhz buna görə hərbi büdcələrini artırır, həmçinin “Qərbi Azərbaycan” barədə ritorikanı gücləndirirlər. Mən belə izahlardan çəkinirdim, baxmayaraq ki, insanların nəyi nəzərdə tutduğumu başa düşmələri üçün aydın və şəffaf danışmağa məcbur idim.

Qarabağ məsələsinin guya həll olunmadığını iddia edənlər əslində belə deməklə yeni müharibəyə çağırış edirlər. Bu, proqnoz deyil — birbaşa bəyanatdır: onlara yeni müharibə lazımdır”.

Paşinyan qeyd edib ki, Ermənistan tərəfi Qarabağ uğrunda hər şeyə getdiyini düşünürdü, lakin prosesin gedişində “gözlər açıldı”.

“Qarabağ naminə hər şeyə getdik, amma bu yolda gözümüz açıldı. Əvvəllər anlamadığımız çox şeyi başa düşdük. Özümüzə sual verməliyik: davamlı faciələrə, münaqişələrə, qırğınlara, soyqırımlara səbəb olan hansı səhvləri edirik?

Bu gün Qarabağ problemimizin hesabına həyatımızı dəyişmək şansımız yarandı — taleyimiz bahasına. Problem həll olundu, bütün məsələlər Azərbaycan, Ermənistan, regional məsələlər, nəqliyyat marşrutları, sərhədlərin demarkasiyası  hamısı artıq gündəmdədir. İndi bizə yalnız bu çərçivəyə uyğun hərəkət etmək, təxribatlara uymamaq və təxribat xarakterli ritorikadan uzaq durmaq qalır”, – Nikol Paşinyan əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri