Icma.az
close
up
RU
Paşinyandan növbəti məntiqsizlik: Bu bənd sülh sazişində yoxdur

Paşinyandan növbəti məntiqsizlik: Bu bənd sülh sazişində yoxdur

Icma.az, News24 portalına istinadən məlumat verir.

Baş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. “Tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” deyən Paşinyan Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab vermədiyini vurğulayıb. Paşinyan rəsmi Bakının İrəvanın silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi təklifini də cavabsız qoyduğunu bildirib. 

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı söylədiyi müzakirə predmeti deyil. 

"Bu bənd sülh sazişinin mətnində yoxdur. Müharibədə məğlub olan ölkənin qalib ölkəyə “gəl silahlarımıza qarşılıqlı nəzarət edək” təklifinin irəli sürülməsi məntiqsizdir. Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin. Bir də ki, Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara hazır olmalıyıq", - deyə o əlavə edib. 

E.Şahinoğlu qeyd edib ki, Paşinyanın “tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” ifadəsinin ünvanı Bakı deyil, İrəvandır. 

"Paşinyan Avropa İttifaqının və Fransanın istəyi ilə Ermənistanda müşahidəçilər yerləşdirməsəydi, bu məsələ Bakı ilə İrəvan arasında fikir ayrılığına səbəb olmazdı. İki ölkə arasında sülh danışıqları aparılırsa və sülh sazişi imzalanacaqsa gərginlik yaradan müşahidəçilər bölgəni tərk etməlidirlər. Bu rəsmi Bakının haqlı tələbidir. Onların sərhəd boyu hərəkət etmələri, Avropadan gələnlərin daima durbinlə Azərbaycana boylanmaları iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilib", - deyə o vurğulayıb. 

Politoloq bildirib ki, kommunikasiyaların açılmasına gəldikdə Paşinyan iki variant təklif edib. 

"Onun birinci təklifi budur ki, Ermənistan Azərbaycandan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə açmağa hazırdır. Bunu əvvəl də bir neçə də söyləyib. İkinci təklifi isə odur ki, İrəvan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır. Bu da yeni təklif deyil. Göründüyü kimi, Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir", - deyə o, fikirlərini yekunlaşdırıb.

Aynurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri