Paşinyandan TRIPP la bağlı NÖVBƏTİ AÇIQLAMA
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan hökuməti “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə faktiki olaraq başlayıb.
Bakıvaxtı.az "News-Armenia"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinin sifarişinə öz təşəbbüsü ilə başlayacaq.
“TRIPP-in inkişafı üzrə şirkət yaradılana qədər Ermənistan hökuməti öz təşəbbüsü ilə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərini sifariş edəcək. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri ona təhvil verəcək”, – Baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən tədrici aradan qaldıra biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















