Icma.az
close
up
RU
Paşinyandan Putinə Şanxay ərəfəsi demarş Bakı da qoşulacaqmı?

Paşinyandan Putinə Şanxay ərəfəsi demarş Bakı da qoşulacaqmı?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Beş ildir 9-cu bəndi reallaşmayan 10 noyabr bəyannaməsinin arxivə göndərilməsinin zamanı çatdı; Rusiya hələlik susur, Ermənistan üçün sürpriz hazırlayacaqmı?

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. “Yeni Müsavat” xəbər verir ki, brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. “9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.

Məlum olduğu kimi, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi (Tramp yolu) ilə maneəsiz əlaqə yaranacaq.

O cümlədən, Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verilməsi ilə bağlı razılıq əldə edilib. Bu isə o deməkdir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanata ehtiyac qalmayıb. Xüsusən də onun 9-cu bəndinə. Hansı ki, orada dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi öz əksini tapmışdı.

Lakin indiyə qədər rəsmi şəkildə üçtərəfli sazişin qüvvədən düşdüyü haqda bəyanat olmamışdı. İlk dəfədir ki, Ermənistan hökumətinin başçısı bunu elan edir. Bunun ardınca Azərbaycandan da oxşar açıqlamanın gələcəyi istisna edilmir. Buna Rusiyanın necə reaksiya verəcəyi maraq doğurur. Çünki rəsmi Moskva tez-tez 10 noyabr (İrəvan üçün 9 noyabr - red) sənədinə istinad edir. Vaşinqton razılaşmalarından sonra da Kreml vaxtaşırı üçtərəfli bəyannaməni və üçlü komissiyaların fəaliyyətini xatırladır. Rəsmi Moskva hələ də ümidini itirməyib ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin 9-cu bəndinin icrası zamanı onun sərhəd qoşunları təhlükəsizliyi təmin edəcəklər. 

Rusiya XİN sözçüsü Mariya Zaxarova Zəngəzur dəhlizi - Tramp dəhlizi ilə bağlı razılaşmaya reaksiyası zamanı bildirmişdi ki, regional kommunikasiyaların açılması ilə bağlı Rusiya iştiraklı üçtərəfli razılaşmalar hələ də aktualdır və tərəflərdən heç biri onlardan çıxmayıb. 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan 10 noyabr bəyanatında göstərilir ki, regional nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək. Vaşinqtonda keçirilən görüşdə Prezident Trump deyib ki, “Tramp marşrutu” amerikalı şirkətlərə 99 illiyinə icarəyə veriləcək. Mariya Zaxarova xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və “tranzit yükdaşımalarının təşkilində bu faktor nəzərə alınmalıdır”. Rusiya XİN sözçüsü onu da vurğulayıb ki, hazırda Ermənistan-İran sərhədini rus sərhədçiləri qoruyur. Zaxarovanın bu açıqlamasına Bakı və İrəvan reaksiya verməyib. 

Paşinyanın açıqlaması yəqin ki, Rusiyanı qəzəbləndirəcək. Amma Emənistan rəhbərliyinin Rusiya ilə konfrantasiyaya gedəcəyi də az inandırıcıdır, çünki qarşıdan taleyüklü seçkilər gəlir. Üstəlik, Paşinyanı Moskvada gözləyirlər və çox güman ki, səfər reallaşacaq. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi çərçivəsində Paşinyanın Putinlə görüşə səy göstərə biləcəyi də ehtimal olunur. Düzdür, hələlik Kreml ikitərəfli görüşlərlə bağlı son sözünü deməyib, amma istisna da deyil. Çünki Ermənistanda Gümrüdəki hərbi baza, həm də 10 noyabr bəyannaməsi ilə bağlı müzakirələr Rusiyanı narahat etməyə bilməz. 

Təsadüfü deyil ki, Vaşinqton razılaşmalarından bir neçə gün sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda kommunikasiyaların açılması məsələsi ilə bağlı Bakı ilə üçtərəfli görüşün mümkünlüyünü müzakirə edəcəyini açıqlamışdı. Əvvəlcə İrəvana səfər edən M.Overçukun Ermənistanda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə olunacağını demişdi. Amma sonradan erməni mediası danışıqlarda razılaşmanın əldə olunmadığını iddia etdi. 

Əgər Azərbaycan da eyni mövqedən çıxış edərsə, Rusiya Bakı və İrəvanın qərarı ilə hesablaşmaq məcburiyyətində qalacaq. Ermənistanın Baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çindəki sammitində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri ilə görüşlərin mümkünlüyünü də istisna etməyib. Yəni belə bir görüş gözləntisi ərəfəsində onun çıxışı Rusiyada diqqətlə izlənməkdədir. Azərbaycan sözsüz ki, üçtərəfin qüvvədən düşməsinə dünəndən razıdır. Sadəcə, bir mexanizm olmalı və tərəflər 10 noyabr sənədindən çıxdıqlarını bəyan etməlidirlər.

Maraqlıdır, Rusiya Paşinyanı geri çəkilməyə vadar edə, yaxud ona sürpriz hazırlaya bilərmi?

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə vacib məqama diqqət çəkdi: “Avqustun 8-də Vaşinqtonda  Donald Trampın şahidliyi ilə imzalanan  Birgə Bəyannamə və özəlliklə də orada Zəngəzur dəhlizi ilə bağlı 4-cü maddə əslində de-fakto 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın üstündən tam xətt çəkmək demək idi. Nikol Paşinyan bu açıqlamasıyla sadəcə baş verəni təsbit edib”. 

Azərbaycan tərəfdən bununla bağlı rəsmi açıqlamanın olub-olmayacağına gəldikdə, Milli Məclis üzvü xatırlatdı ki, Qarabağ üzərində suverenliyimizin tam təminindən və Rusiyanın hərbi kontingentinin oranı tərk etməsindən sonra üçtərəfli bəyanat sadəcə həmin sənəddəki 9-cu maddəyə görə aktuallığını saxlayırdı: “Və bu maddə bizim üçün Naxçıvana maneəsiz gediş-gəliş baxımından önəmli idi, Ermənistan Vaşinqtonda bununla razılaşdı. İndi Rusiya sərhədçiləri orada olacaqlar, ya Marsdan kimsə gələcək bu, Ermənistanla onlarlıq məsələdir, bizlik yox. Ona görə də Rusiyanın Zəngəzurdan uzaqlaşdırılmasını elə məhz Ermənistan rəhbərliyinin bildirməsi daha doğrudur və bizim maraqlarımıza da daha çox cavab verir”.

 Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Paşinyan Rusiyanın iştirakı ilə 10 noyabr üçtərəfli Birgə Bəyannamədən çıxmaqla, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət mexanizmi iddialarının üzərindən xətt çəkmiş oldu: “Çünki Kremldə 10 noyabr üçtərəfli Birgə Bəyannamənin qüvvədə olduğunu və 9-cu bəndin yerinə yetirilməsi vurğulanır. Paşinyan 8 avqust Vaşinqtonda üç tərəfli Birgə Bəyannamənin 10 noyabr üçtərəfli Birgə Bəyannaməni demontaj etdiyini mesajını verdi. Bu, Paşinyan tərəfindən Rusiyanın Ermənistanda siyasi nüfuz üçün əlində olduğu sənəddən çıxması deməkdir. Azərbaycan üçün 10 noyabr Birgə Bəyannamənin bütün bəndləri yerinə yetirilib. Ərazilər işğaldan azad olunub, suverenlik bərpa edilib. 8 avqustda Zəngəzur dəhlizinin açılması razılaşdırılıb. Zəngəzur Ermənistanın yuridiskiyasındadır və Rusiya məhz onun ərazisində nəzarət mexanizmi əldə etməyi planlaşdırırdı. Ona görə də bu iş daha çox Paşinyanın üzərinə düşürdü. Ona görə də 10 noyabr Üçtərəfli Birgə Bəyannamənin tarixdə qaldığını elan etdi”. 

Ekspert güman etmir ki, Moskvanın təzyiqləri ilə Nikol Paşinyan geri çəkiləcək: “Pekində prezident Putinlə görüşündə də öz mövqeyində qalacaq. Onsuz da Putinlə Paşinyanın dəfələrlə görüşü olub, amma dəyişən bir proses olmayıb. Nikol Paşinyan öz siyasi gündəmini davam etdirir. Təbii ki, Azərbaycanda 10 noyabr Birgə Bəyannamənin əhəmiyyətsiz olduğunun fərqindədir. Onsuz da bu  Bəyannamə fiaskoya uğrayıb. Azərbaycan açıq vurğulamasa da, fərqindədir ki, artıq bu Bəyannamə yoxdur”. M.Əsədullazadə bildirdi ki, Azərbaycan üçün yeni reallıq formalaşıb: “Əgər, Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr Birgə Bəyannaməsini Rusiya yerinə yetirmədisə, növbəti dəfə bununla bağlı yeni bəyannamə digər ölkənin iştirakı ilə imzalanırsa, əvvəlki bəyannamə qüvvədən düşmüş sayılır”. 

Siyasi şərhçi vurğuladı ki, ŞƏT-in zirvə görüşündə Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək: “Həmçinin prezident İlham Əliyevlə  də görüş mümkündür. Bu görüşdə əldə olunmuş razılaşmaların icra mexanizmi müzakirə olunacaq”.

E.PAŞASOY

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri