Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Paşinyandan sülhə zərbə vuracaq çıxış: İrəvan cinayətkarları geri istəyir?

Paşinyandan sülhə zərbə vuracaq çıxış: İrəvan cinayətkarları geri istəyir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana səfər edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini AlisonHakerlə görüşündə Bakıda məhkəməsi keçirilən hərbi cinayətkarların azadlığa buraxılması məsələsini qaldırıb. 

Azərbaycanda 23 Ermənistan vətəndaşının saxlanıldığını iddia edən Paşinyan onları “hərbi əsir” adlandırıb.

“Görüş zamanı mən xüsusilə bu məsələyə diqqət yetirdim və qeyd etdim ki, Prezident Tramp bu məsələnin həllinə sadiq olduğunu açıq şəkildə bildirib. 

Mən  bu məsələ ilə bağlı ikitərəfli şəkildə gördüyümüz işləri təqdim etdim. Mən ABŞ dövlət katibinin müavinindən Birləşmiş Ştatların bu istiqamətdə göstərdiyi səylər barədə məlumat verməsini xahiş etdim. Mən eləcə də xahiş etdim ki, bu məsələ diqqət mərkəzində saxlanılsın”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində  Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi ilə Azərbaycana hərbi təcavüz etmək məqsədilə aparılan  müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. 

Onlar təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiya etmə və ya məcburi köçürmə, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma və digər cinayət maddələri ilə ittiham olunurlar.

Nikol Paşinyan əslində BakoSaakyan, ArkadiQukasyan, DavidBabayan, ArayikHarutyunyan, LevonMnatsakanyan, Davidİşxanyan, Davud Manukyan, VasiliBeqlaryan, MeliksetPaşayan və mühakimə olunan başqalarının nə qədər ağır cinayətlər törətdiyini yaxşı bilir. 

Ermənistanın Baş naziri həmin terrorçular barəsində  məhkəmənin ən ağır hökm çıxaracağını da anlayır. Bakı Hərbi Məhkəməsinin noyabrın 29-da keçirilən növbəti iclasında Azərbaycan ərazilərinin işğalında, etnik təmizləmə, soyqırım, dinc əhaliyə qarşı terrorçuluq və müharibə cinayətlərinə yol vermiş 15 nəfərə hökm oxunacağı gözlənilir. Təbii ki, bu xəbər Ermənistanda radikal müxalifət tərəfindən siyasi manipulyasiya  ediləcək. Çünki Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. 

Revanşistlər yenidən Qarabağ mövzusunu gündəmə gətirməyə, Paşinyanı satqınlıqda ittiham etməyə çalışacaq və hərbi cinayətkarların Bakıda  məhkum edilməsini Baş nazirin siyasi uğursuzluğu kimi təqdim edəcək. Ona görə də Paşinyanın AlisonHakerlə görüşdə müharibə cinayətkarlarını “hərbi əsir” adlandırması və onların buraxılmasına yardım göstərməyi xahiş etməsi də seçkilər öncəsi daxili ictimai rəyə hesablanmış siyasi gedişdir. 

Ermənistanda Qarabağ mövzusu seçkilərdə hələ də təsiredici amil olaraq qalır. Revanşist müxalifət Paşinyanın seçkilərdə şüar kimi təklif etdiyi “Sülh”ün Ermənistan üçün təhlükə olduğunu iddia edir. Bu baxımdan, hərbi cinayətkarlar barəsində hökm çıxarılmasını müxalifət hakimiyyətə qarşı əks-təbliğat vasitəsi kimi istifadə etməyə çalışacaq. Nikol Paşinyanın hərbi cinayətkarları azadlığa buraxmaq təşəbbüsü də müxalifətin sözügedən hücumlarınıneytrallaşdırmaq, mühafizəkar erməni cəmiyyətinin səslərini qazanmaq məqsədi daşıyır. 

Əslində, Paşinyan Bakıda mühakimə olunan terrorçuların azadlığa çıxmasında maraqlı deyil. Çünki Bako Saakyan, Arkadi Qukasyan, DavidBabayan və digəriləri Paşinyanın siyasi rəqibləri, eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı adamlardır. İttiham aktında da onların Robert Köçəryanın, Serj Sarkisyanın birbaşa göstərişi və təlimatı əsasında qeyd edilən cinayətləri törətdiyi bildirilir. 

Mühakimə olunanlar arasında Paşinyana yaxın yeganə şəxs ArayikHarutyunyandır. Milyarder RubenVardanyan isə Rusiyanın təlimatı əsasında Ermənistana getmək və Nikol Paşinyanı devirmək planının tərkib hissəsi olub. Onun vaxtilə Qarabağa göndərilməsi də həmin məqsədə xidmət edirdi. 

Ona görə də həmin cinayətkarların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir. Sadəcə olaraq, Ermənistanın Baş naziri də seçkilər öncəsi “hərbi əsir” məsələsini gündəmə gətirməklə manipulyasiya edir. 

Lakin Paşinyanın bu mövqeyi ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülhə nail olunması və nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılması istiqamətində aparılan danışıqlara zərbə vurur. ABŞ-nin hərbi cinayətkarlar məsələsini gündəmə gətirməsi sülh prosesini poza bilər ki, bu da seçkilərdə yalnız Rusiyadan dəstək alan müxalifətin əlini gücləndirəcək amildir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Paşinyan sülh

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri