Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

İrəvan geosiyasi dalandan çıxış yolları axtarır

İrəvan geosiyasi dalandan çıxış yolları axtarır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan hökuməti Azərbaycanla münasibətlərin qaydaya salınması ilə yanaşı, Türkiyə ilə də əlaqələrin normallaşdırılması istiqamətində işlər aparır. Bu proses İrəvanın regionda təcriddən çıxmaq cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilir. Rəsmi Ankara isə bu məsələdə Azərbaycanın maraqlarını əsas meyar kimi götürərək addımlar atır. Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Ermənistanla diplomatik münasibətlərin qurulması və quru sərhədinin açılması yalnız Bakı və İrəvan arasında yekun sülh sazişinin imzalanmasından sonra mümkündür.

Türkiyə və Ermənistan arasında münasibətlərin qaydaya salınması istiqamətində indiyədək bir neçə dəfə təşəbbüs olub. Onlardan ən məşhuru 2008-ci ildəki prosesdir. “Futbol diplomatiyası” adı ilə tarixə düşən və növbəti il Sürixdə protokolların imzalanması ilə nəticələnən prosesin uğursuz olduğu hər kəsə aydındır. İkinci Qarabağ müharibəsindən sonra yaranmış əlverişli siyasi ab-havada daha bir prosesə start verilib və münasibətlərin mərhələli şəkildə normallaşdırılması üçün Ermənistanla ilkin şərt olmadan birbaşa dialoq qurulub. Bununla əlaqədar olaraq Ankara və İrəvan müvafiq olaraq səfir Sərdar Kılıçı və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanı normallaşma prosesi üçün xüsusi nümayəndə təyin ediblər. Xüsusi nümayəndələr arasında keçirilən bir sıra görüşlərdən sonra 2022-ci il fevralın 2-də birbaşa uçuşlar bərpa edilib və Türkiyə–Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması və iki ölkə arasında yük hava daşımalarının 2022-ci il iyulun 1-dən başlanması barədə razılıq əldə olunub.

Son aylarda digər qarşılıqlı humanitar jestlər və texniki məsələlərlə bağlı razılaşmalar müsbət atmosfer formalaşdırıb. Nikol Paşinyan hökuməti özünü “ictimai rəy” kimi təqdim edən daxildəki radikal revanşist siyasi qüvvənin və hələ də onların küyünə gedən müəyyən kütlənin təzyiqinə baxmayaraq, Türkiyə ilə yaxınlaşmanı strateji zərurət kimi təqdim etməyə çalışır. Regionda yaranmış yeni reallıqlar isə həm İrəvan, həm də Ankara üçün bu prosesin nəticələrini qaçılmaz edir. Nəticə etibarilə Ermənistan–Türkiyə münasibətləri Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasının bir elementinə çevrilir.

Oktyabrın 13-də parlamentdə jurnalistlərin suallarını cavablandıran Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanla Ankara arasında münasibətlərin normallaşacağı və sərhədin açılacağı təqdirdə Türkiyə investisiyasının əleyhinə olmadığını bildirib. O əlavə edib ki, 2012-ci ildən Ermənistanda bir neçə türk şirkəti, ilk növbədə geyim markaları fəaliyyət göstərir: “Mən bu sərmayələri alqışlayıram. Qonşu ölkələr arasında davamlı sülh maliyyə investisiyası olmadan mümkün deyil. Əgər biz həqiqətən də regionda sabit sülh istəyiriksə, onu iqtisadi inkişafla dəstəkləməliyik”.

Papoyanın fikrincə, iqtisadi əlaqələr olmadan sülh yalnız müvəqqəti möhlətdir. Bu baxımdan sülhün bərqərar olmasından və sərhədlərin açılmasından sonra Ermənistana xarici sərmayələrin, o cümlədən Türkiyədən də daxil ola biləcəyi tamamilə təbiidir. Nazir bildirib ki, öz növbəsində erməni sahibkarlar da qonşu ölkələrə sərmayə qoya biləcəklər: “Əgər kimsə düşünürsə ki, qarşılıqlı iqtisadi əlaqələr olmadan həyat qabiliyyətli dövlət qurmaq olar, o, dərindən yanılır”.

***

Bəli, Ermənistan hökuməti son aylarda regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində daha açıq və praqmatik mövqe nümayiş etdirir. Paşinyan komandasının bu mövzuda əvvəlki illərlə müqayisədə daha ardıcıl davranması təsadüfi deyil. Qeyd etdiyimiz kimi, İrəvan anlayır ki, regionda təcrid vəziyyətindən çıxmaq yalnız siyasi bəyanatlarla deyil, iqtisadi əməkdaşlıq mühitinin formalaşdırılması ilə mümkündür. Bu baxımdan Hayastanın iqtisadiyyat nazirinin parlamentdə səsləndirdiyi fikirlər ölkə hökumətinin strateji prioritetlərini aydın şəkildə ortaya qoyur. Papoyan açıq şəkildə bildirir ki, sərhədlərin açılması və münasibətlərin normallaşması halında Türkiyə investisiyalarına qarşı deyil. Bu, təkcə iqtisadiyyat naziri səviyyəsində deyil, bütövlükdə Ermənistan hökumətinin yeni düşüncə tərzini əks etdirir. Çünki uzun illərdir davam edən siyasi gərginlik və kommunikasiyaların bağlı qalması Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. İndiki mərhələdə isə İrəvan üçün iqtisadi inteqrasiya, xüsusilə də region ölkələri ilə qarşılıqlı sərmayə mübadiləsi həm zərurət, həm də real inkişaf imkanı kimi görünür.

Ermənistanın iqtisadi göstəriciləri son illərdə müəyyən artım dinamikası nümayiş etdirsə də, bu artım dayanıqlı xarakter daşımır. İstehsal sektoru zəif, ixrac potensialı məhduddur. Enerji və logistika baxımından isə ölkə tamamilə xarici resurslardan asılı vəziyyətdədir. Belə şəraitdə Türkiyə ilə sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpası Ermənistan üçün həm bazar, həm tranzit, həm də texnologiya baxımından mühüm üstünlüklər yarada bilər. Məhz buna görə Papoyanın çıxışı Ermənistan daxilində, necə deyərlər, iqtisadi düşüncənin yeni mərhələyə keçdiyini göstərir.

Türkiyə Ermənistanla birbaşa dialoqa getməklə, əslində, bu ölkəyə yeni iqtisadi fürsətlər təqdim edir, lakin eyni zamanda onun məsuliyyətini artırır. Ermənistanda iqtisadi çevrələr artıq bu istiqamətin vacibliyini qəbul etməyə başlayıb. Yerli sahibkarlar yaxşı anlayırlar ki, açıq sərhədlər və nəqliyyat əlaqələrinin bərpası həm istehsalın ucuzlaşmasına, həm də yeni bazarlara çıxış imkanlarının yaranmasına səbəb olacaq. Əgər Türkiyə bazarı və oradan keçən ticarət marşrutları Ermənistan üçün açılarsa, bu, ölkənin ümumi daxili məhsuluna bir neçə faiz artım gətirə bilər. Bundan əlavə, Türkiyə kapitalı və istehsal təcrübəsi Ermənistanın sənaye sektoruna dinamika qazandıra bilər.

Digər tərəfdən prosesin siyasi tərəfi də diqqətəlayiqdir. Ermənistan rəhbərliyi bu addımlarla həm regionda yeni balans yaratmağa, həm də Qərblə münasibətlərdə daha əlverişli mövqe qazanmağa çalışır. Qərb dairələri uzun müddətdir ki, Cənubi Qafqazda sülhün əsas şərti kimi iqtisadi əməkdaşlığın gücləndirilməsini önə çəkir. Paşinyan hökuməti bu istiqamətdəki təşəbbüsləri həm beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq, həm də daxildəki müxalif təzyiqləri yumşaltmaq üçün alət kimi istifadə edir. Lakin bu prosesin real nəticə verməsi yalnız siyasi cəsarət və uzunmüddətli strategiyanın mövcudluğu ilə mümkündür.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə XQ-yə açıqlamasında bildirdi ki, iqtisadi dayaqlarından məhrum sülhün sabit olması mümkün deyil. Onun sözlərinə görə, Ermənistanın iqtisadiyyat naziri də bu həqiqəti etiraf edir və bildirir ki, davamlı sülh maliyyə və investisiya axını ilə möhkəmlənməlidir. Əks halda regionda yaranan müvəqqəti sakitlik hər an pozula bilər: “Qeyd etmək lazımdır ki, bu fikirdə həm iqtisadi məntiq, həm də siyasi uzaqgörənlik var. Çünki iqtisadi asılılıq və qarşılıqlı fayda prinsipi ölkələr arasında etimadın bərqərar olmasında ən təsirli mexanizmlərdən biridir. Əlbəttə, İrəvanın bu istiqamətdə atdığı addımların qarşısında daxili müqavimət də mövcuddur. Radikal qruplar və bəzi keçmiş siyasi elita təmsilçiləri Türkiyə ilə yaxınlaşmanı milli təhlükəsizlik üçün risk kimi təqdim etməyə çalışırlar. Lakin Ermənistan cəmiyyəti artıq uzun illərin iqtisadi durğunluğundan yorulub. İnsanlar anlayır ki, ölkənin gələcəyi qapalı sərhədlər və izolyasiya siyasəti ilə təmin edilə bilməz. Məhz bu reallıq hökumətə müəyyən manevr imkanı verir”.

Ekspert bildirir ki, iqtisadi aspektdən baxıldıqda, Ermənistanın Türkiyə ilə əməkdaşlığa açılması təkcə investisiya deyil, həm də infrastruktur baxımından yeni mərhələ yarada bilər: “Məsələn, dəmir yolu və avtomobil bağlantılarının bərpası regionun ticarət xəritəsini dəyişəcək. Bu isə yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcək. Əgər İrəvan bu prosesdə ardıcıl və real siyasət yürüdərsə, yaxın illərdə həm logistika mərkəzi, həm də tranzit ölkə statusu qazana bilər. Bütün bunlar göstərir ki, Ermənistan hökuməti artıq sülhü təkcə siyasi saziş kimi deyil, iqtisadi inkişafın təməli kimi görməyə başlayıb. Bu yanaşma yalnız taktiki deyil, strateji xarakter daşıyır. Türkiyə ilə münasibətlərin bərpası və sərhədlərin açılması ölkə üçün böyük fürsətdir. Əgər bu fürsət düzgün dəyərləndirilərsə, Ermənistan tədricən regionda sabit və iqtisadi cəhətdən inteqrasiya olunmuş tərəfdaş statusu qazana bilər. Nəticə etibarilə, Ermənistanın gələcəyi onun qonşularla, xüsusilə də Türkiyə və Azərbaycanla münasibətlərini hansı səviyyədə qura biləcəyindən asılı olacaq. İqtisadi diplomatiya bu yolda ən təsirli vasitə kimi görünür. Paşinyan hökuməti üçün indi əsas məsələ daxili siyasi iradəni qorumaq, cəmiyyətə bu prosesin zəruriliyini izah etmək və uzunmüddətli regional inteqrasiyanın faydalarını real nəticələrlə göstərməkdir. Əgər bu baş verərsə, Ermənistan nəinki iqtisadi tənəzzüldən çıxacaq, həm də Cənubi Qafqazda sülh və sabitliyin davamlı dayaqlarından birinə çevrilə biləcək”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri