Paşinyandan türkləri sevindirib erməniləri özündən çıxaran paylaşım FOTO
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ağrı dağının görüntüsünü paylaşıb.
Turkustan.az xəbər verir ki, Paşinyan ona etiraz edənlərə sosial mediadan cavab verib. “Facebook” hesabındakı örtük fotosunda ölkənin ən hündür zirvəsi adlandırdığı Alagöz dağını və Ermənistan ərazisinin xəritəsini paylaşan Paşinyan “budur vətən, budur dövlət, budur çörək, budur dayandığımız yer” deyə qeyd edib.
N.Paşinyan bu paylaşımı ilə Ermənistanın simvolunun Ağrı dağı yox, Alagöz dağı olduğu mesajını verib.
Onu da xatırladaq ki, Paşinyan bundan öncə etdiyi paylaşımlarda Türkiyəyə məxsusluğunu vurğulayıb. Bildirib ki, bu ərazi Ermənistan dövlətinin gerbindən çıxarılmalıdır. Səbəb olaraq həmin simvolun türklərə qarşı ərazi iddiası sayıla biləcəyini də qeyd edib.
Sözügedən paylaşımdan sonra ermənilər Paşinyana etiraz ediblər. Onlar sosial şəbəkə hesablarında Ağrı dağının şəkillərini paylaşmağa başlayıblar. Baş nazir etirazçılara cavab olaraq Alagöz dağını paylaşaraq, bu yerin simvol sayılmasının daha doğru olduğu fikrini irəli sürüb./yenisabah.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















