Icma.az
close
up
RU
Paşinyandan erməniləri qəzəbləndirib Türkiyəni sevindirən paylaşım FOTO

Paşinyandan erməniləri qəzəbləndirib Türkiyəni sevindirən paylaşım FOTO

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabındakı son paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Globalinfo.az xəbər verir ki, baş nazir Araqatsın (Alagöz dağı) fotosunu paylaşaraq hündürlüyünün 4090 metr olduğunu qeyd edib və onu Ermənistanın ən hündür dağı adlandırıb.

Bu paylaşım sosial şəbəkələrin erməni seqmentində və yerli mətbuatda narazılığa səbəb olub.

Belə ki, Ermənistanda uzun illərdir ölkənin ən hündür zirvəsi Ararat (Ağrı dağı) olaraq qəbul edilir. Maraqlıdır ki, Türkiyə ərazisində yerləşən və Ermənistan ərazisində sadəcə uzaqdan görünməsi mümkün olan dağ ermənilərin tarixi simvollarından biri kimi qəbul edilir.

Nikol Paşinyan isə ötən ilki çıxışlarında Ermənilərin Ağrı dağına baxışının dəyişdirilməli olduğunu bildirmişdi. Baş nazir gerbdə yer verilən dağın ölkənin ərazisində olmadığını, bunun Türkiyəyə ərazi iddiası kimi qəbul edildiyini söyləyib. O, dəfələrlə tarix kitablarında ölkənin ən hündür dağının Ararat deyil, Araqats olaraq verilməsini, uşaqlara da bunun öyrədilməsini təklif edib. Həmçinin parlamentin sədri Alen Simonyan da bənzər fikirlə çıxış edib.

Hakim “Mülkü müqavilə” fraksiyasının Milli Asambleyada son çıxışı zamanı da Paşinyan Araqats dağının Ermənistan üçün mənasını vurğulayıb, Araratın onlara aidiyyatının olmadığını bildirib. Onun bu çağırışları Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ağrı dağının “erməni tarixi”ndən silinməsi təşəbbüsü kimi qiymətləndirilir.

Həmçinin, noyabrın 7-də Türkiyə-Ermənistan sərhədində iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında gizli görüşün keçirildiyinə dair məlumatlar yayıldı. İddialara görə, tərəflər sərhəddə dəmir yolu xəttinin bərpasını, o cümlədən, Ankara-İrəvan əlaqələrini müzakirə ediblər. Paşinyanın bu xəbərdən sonra Araqatsla bağlı paylaşımı ölkənin müxalif siyasi dairələrində narahatlığa səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri