Icma.az
close
up
RU
Paşinyanı Putinin qəzəbindən yalnız Ərdoğan qoruya bilər

Paşinyanı Putinin qəzəbindən yalnız Ərdoğan qoruya bilər

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib. Ancaq tezliklə bitməsi ehtimalı son dərəcə yüksəkdir. Artıq Ermənistan hərəkətə keçib. Qərbə yaxınlaşmaq üçün ifrat dərəcədə Rusiyaya qarşı çıxan Nikol Paşinyan indi Moskvaya tərəf istiqamət alır. Rusiya Paşinyanı bağışlayacaqmı?
Məncə, Putin nəyin bahasına olursa-olsun Nikol Paşinyanı devirməyə çalışacaq. O da sirr deyil ki, artıq Ermənistandakı Rusiyayönümlü qüvvələr ciddi şəkildə fəallaşıb. Aydındır ki, bu qüvvələr tezliklə Rusiyanın hərtərəfli dəstəyi ilə meydanlara axışacaqlar. Rusiyanın qəzəbindən qurtulmaq üçün Nikol Paşinyanın sadəcə bir yolu var. Öz başının çarəsinə qalan Qərb Ermənistanın baş nazirinə kömək edən deyil. Bu, birmənalıdır. Yalnız Türkiyə+Azərbaycan ittifaqı Nikol Paşinyanın xilaskarına çevrilmək gücündədir.
Məncə, Nikol Paşinyan Rusiya-Ukrayna anlaşmasından əvvəl bu işi bitirməlidir. Bu iş bu anlaşmadan sonraya qalsa, Nikol Paşinyanı devirəcəklər...
Nikol Paşinyanı devirsələr nə olacaq? Rusiyapərəst qüvvələr Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Ümumiyyətlə, Azərbaycanla münasibətlərin normalaşmasını istəmirlər. Ancaq bu, önəmli deyil. Önəmli olan odur ki, Rusiya Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılmasında maraqlıdır. Deməli, Paşinyan olsa da, olmasa da Zəngəzur dəhlizi açılacaq.
Mən öz payıma N.Paşinyanın devrilməsini heç istəməzdim. Çünki onun iqtidarda olması bizim maraqlarımıza daha çox cavab verir. Ancaq biz onun yerinə qərar verə bilmərik. Qərarı özü, həm də mümkün qədər tez verməlidir. Yoxsa bir az sonra çox gec ola bilər...
Əlbəttə, Rusiya-Ukrayna müharibəsinin uzanması ehtimalı da az deyil. Dəqiq olan odur ki, bu müharibənin başa çatması Rusiyanın qol-qanadını açacaq. Bu isə Nikol Paşinyana yaxşı bir şey vəd etmir...
Elbəyi Həsənli,
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri