Icma.az
close
up
RU
Putinin Paşinyanı devirmək planı iflasa uğradı?

Putinin Paşinyanı devirmək planı iflasa uğradı?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Ermənistanda anti-Rusiya ab-havası geniş yayılıb. 2018-ci ildə Nikol Paşinyanın Baş nazir seçilməsindən, xüsusilə də 44 günlük müharibə və Azərbaycanın antiterror əməliyyatından sonra ölkənin siyasi kursu tamamilə dəyişib.

Paşinyan ölkəsini Rusiyanın orbitindən çıxararaq Qərbyönümlü siyasət aparmağa üstünlük verib. Onun dönəmində İrəvanla Moskva arasındakı gərginlik pik həddə çatıb. Hətta Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmaq istədiyinə dair bəyanatlar verilir. Əvəzində isə adıçəkilən ölkə NATO və Avropa İttifaqına qoşulmağa çalışır.

Əlbəttə ki, bütün bunlar Kremlin narazılığına səbəb olur. Hətta zaman-zaman Rusiyanın Ermənistanda çevriliş planı hazırladığı və Nikol Paşinyanı devirmək istədiyi iddia olunur. Lakin gəlinən son nöqtədə görürük ki, Kremlin bu planı baş tutmayıb.

Ümumiyyətlə, artıq Rusiyanın Ermənistanda çevriliş planının tamamilə iflas etdiyini söyləmək olarmı?

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə bildirib ki, Rusiyanın Ermənistanda çevriliş planının olduğu şübhəlidir:

"Yəni Paşinyanın Rusiya ilə düşmənçilik etdiyi, Kremlin də onu istəmədiyi iddia olunur. Lakin bütün bunlara rəğmən, məhz Paşinyanın hakimiyyəti dövründə Rusiya ilə Ermənistan arasındakı ticarətin 14 milyard dollara qədər çatacağı proqnozlaşdırılır. Kiçik ölkə olan Ermənistanın nəhəng Rusiya ilə bu qədər böyük hansı alış-verişi etdiyi də suallar doğurur. Əslində, Ermənistan Rusiya üçün sanksiyalardan yayınaraq öz mallarını satdığı bir ərazidir. Yəni rus malları adıçəkilən ölkədən başqa dövlətlərə satılır". 

Politoloq qeyd edib ki, Paşinyan Rusiyaya sanksiyalardan yayınmaq üçün imkan yaradıb:

"Belə vəziyyətdə Kreml nə üçün onu devirsin ki? Düzdür, Paşinyan Qərbyönümlü addımlar atır. Lakin Rusiya Prezidenti Vladimir Putin üçün əsas puldur, yoxsa Ermənistanın hansısa simvolik addımları? Rusiyanın hərbi bazasının Ermənistanda olduğunu nəzərə almaq lazımdır. Üstəlik, bu ölkənin sərhədlərini də rus hərbçiləri qoruyur.

Eyni zamanda, Ermənistanın dəmiryolları da Rusiyanın nəzarətindədir. Bütün bunların fonunda Putinin Paşinyanı devirmək kimi bir planının olduğunu düşünmürəm. Düzdür, Kreml ona yaxın Ermənistan hakimiyyətinin olmasını istəyər. Ancaq Paşinyan da onlar üçün məqbuldur. Ümumiyyətlə, Putin və Paşinyan arasında xüsusi ziddiyyətlər görmürəm". 

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov isə açıqlamasında bildirib ki, bu gün Rusiya öz xarici siyasətində “kələfin ucunu” itirdiyi üçün sabah nə olacağını proqnozlaşdırmaq çətindir:

"Amma hər addımı fitnə-fəsadla dolu olan bu fövqəlşovinist dövlətin mövcud durumu belə deməyə əsas verir ki, onun hər hansı bir dövlətdə çevriliş etmək qüvvəsi qalmayıb. Təbii ki, Ermənistan da bu sırada qərarlaşıb. Bunun bir neçə səbəbi var". 

Ekspert həmin səbəblərdən bəhs edib:

"Birincisi, Rusiyanın Qafqaz siyasəti saralmış yarpaqları tökülən ağaca dönüb. Çünki bu siyasətin su içdiyi mənbələr quruyub. Xüsusilə də Qafqazın cənub dövlətləri üzrə Rusiyanın sözü keçmir. İkincisi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsini səfehcəsinə davam etdirməklə iqtisadi cəhətdən gündən-günə zəifləyir. Hər hansı dövlətdə çevriliş etmək isə güclü maliyyə qaynağı tələb edir ki, hazırda bu amil Rusiya üçün böyük problemdir.

Üçüncüsü, konkret olaraq, Ermənistan Rusiyanın orbitindən faktiki olaraq xeyli uzaqlaşıb. İndi bu ölkədə gedən siyasi proseslərə ən azı 50/50 faiz nisbətində ABŞ nəzarət edir. Qalan 50 faizdə Türkiyənin, Azərbaycanın da payı var. Rusiyanın imkanı 10 faiz civarındadır ki, bu da Gümrüdəki hərbi bazasının hesabınadır". 

Onun sözlərinə görə, əslində bu bazanın da fəaliyyət imkanı xeyli daralıb:

"Çünki Ukrayna ilə müharibə çərçivəsində Ermənistanda 5000 nəfərlik şəxsi heyətə malik bazanı saxlamaq çox xərc tələb edir. Üstəlik, Ukrayna cəbhəsində Rusiya əsgər çatışmazlığı ilə üz-üzədir. Düzdür, BMT iclaslarında, Rusiya XİN-in keçirdiyi brifinqlərdə Ermənistanın Rusiyanın nəzarətində qalması üçün rus diplomatlar müəyyən fikirlər söyləyir, siyasi atmacalar atırlar.

Lakin bunların təsiri çox azdır və əksər hallarda iş planına uyğun olaraq atılan addımlar təsiri bağışlayır. Bütün bu amilləri nəzərə alsaq, deyə bilərik ki, Rusiyanın çevriliş planı iflasa uğrayıb. Lakin ani çılğınlıq nəticəsində terror hadisəsinin törədilməsi imkanı qalır". 

Həmsöhbətimiz hesab edir ki, bu, Rusiya siyasətinin son adəti kimi ortaya çıxa bilər:

"Məsələn, Rusiyaya xidmət edən ermənilərin revanşı, yaxud şəxsi motivləri qabardıb kimisə silahlı basqınla aradan götürmək versiyası qalır. Ancaq bu cəhdlər indilikdə çevrilişə səbəb ola bilməz. Çünki erməni cəmiyyəti artıq Rusiyaya və Kremlə xidmət edən ermənilərə nifrət edir. Təsadüfi deyil ki, bu günlərdə Kremlin danışan dili olan erməni Keosoyanın vəfatı ona qarşı ermənilərdə olan nifrəti azaltmayıb, əksinə, mətbuatda onu aşkar surətdə manqurt adlandıraraq lənətləyirlər". 

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri