Paşinyanı “xain” adlandıran blogerin işi ilə bağlı yeni QƏRAR
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan məhkəməsi bloger Artak Avetisyanın Baş nazir Nikol Paşinyanı “xain” adlandırması ilə bağlı hərəkətlərini zorakılığa çağırışdan xuliqanlıq maddəsinə qədər yenidən təsnif edib.
Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan feysbuk hesabında məlumat verib.
Vəkilin sözlərinə görə, əvvəl “nifrət nitqi” kimi qiymətləndirilən eyni paylaşım indi xuliqanlıq kimi dəyərləndirilir.
Melikyan bildirib ki, Ermənistan Kassasiya Məhkəməsinin bir sıra qərarlarına əsasən, xuliqanlıq maddəsi adətən şəxsi münasibətlər çərçivəsinə aid edilir və siyasi bəyanatlara şamil olunması əvvəlki hüquqi təcrübəyə ziddir.
Onun sözlərinə görə, hazırkı yanaşma siyasi bəyanatların da xuliqanlıq kimi qiymətləndirilməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, Artak Avetisyan Baş nazir Nikol Paşinyanı “xain” adlandırdıqdan sonra saxlanılıb.
Hadisə mayın 12-də Paşinyanın Yerevanın Şenqavit rayonunda seçki kampaniyası zamanı baş verib. Məhkəmə isə mayın 15-də onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 May 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















