Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Paşinyanı yenə “xain” çıxardılar İrəvan qarışa bilərmi?

Paşinyanı yenə “xain” çıxardılar İrəvan qarışa bilərmi?

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton anlaşmasından sonra revanşistlər köhnə ampluasındadır - bu təbliğatın gözlənilən proqnozu

Vaşinqton Zirvəsinin nəticələrindən sonra erməni revanşistlər köhnə ampluasındadır. Ölkənin qaranlıq keçmişə sürükləmək ehtirasında olan qüvvələr yenə antisülh bəyanatları verməyə başlayıblar. Onlar Paşinyanı sülh mətninin paraflanmasına görə ittiham edir, günahkar çıxarmağa çalışır.

Məsələn, vəkil Ruben Melikyan yazıb ki, 2019-cu ilin avqustunu xatırlayın: “O zaman ki, ali satqın "Stepanakert" meydanında “Artsax Ermənistandır və bu qədər” qışqırırdı. Bəzi sevinən “Artsax” sakinlərini xatırlayıram. Onlarla söhbətlərimi xatırlayıram. Dedim: “Yaxşı, başınıza gələnləri başa düşmürsünüz?”

Vaşinqtonda baş verənləri “qələbə”, hətta “nailiyyət” adlandırıb, buna sevinmək? Bu, sadəcə olaraq, sağlam düşüncədən kənardır.

Artıq iki gündür ki, internetdə baş verən və xatirələrin qucağına düşən eyforiyanı səssizcə izləyirəm", - deyə erməni hüquqşünas boşboğazlıq edib.

Revanşistlərin bəslədiyi media - “Hraparak” nəşri də Paşinyanı ittiham edib: “Ermənilər qısa yolla Mehriyə gedə bilirlər... Belə çıxır ki, heç nə dəqiqləşdirilməyib, təfərrüatlı deyil, yalnız dəhliz verilməsi, Minsk Qrupunun buraxılması, bir daha "artsax" mövzusunun gündəmə gətirilməməsi məsələləri tələsik şəkildə kağız üzərində qoyulub. Qalanları açıq-aşkar təminatları olmayan boş sülh vədləridir. Amma 5-6 il əvvəl insanlar hələ də onun dediklərinə inanırdısa, indi dəyişən dünyada vəddən dönməyin xəyanət olmadığını hər an deyə bilən insana kim inanar? Uşaqlarımızı qətlə yetirən, “artsax”ın hərbi və siyasi liderlərinə işgəncə verən, Ermənistanı Qərbi Azərbaycan adlandıran düşmənlə barışığa nail olacağına kim inanırsa, sözünün üstündə duracaq", - deyə erməni KİV sərsəm fikirlərə yer verib.

“Hakimiyyət sülh naminə 5000-dən çox gəncin həyatını qurban verdi və Qarabağı təslim etdi”.

Tribunainfo.az bildirir ki, bu sözləri siyasətçi Artak Zakaryan deyib. O bildirib ki, Ermənistan sülh naminə konstitusiyanı da dəyişəcək. “Bundan sonra isə erməni xalqını simasız, özbaşına, yurdsuz bir kütləyə çevirəcəklər”.

Erməni revanşistlərin bu təbliğatı nəticə verə bilərmi? Paşinyanı “satqın” çıxarmağa çalışan qüvvələrin çağırışlarına erməni xalqı qoşulacaqmı? Ölkə qarışa biləmi?

“Vaşinqton zirvəsinin nəticələrindən sonra Ermənistan cəmiyyətində yenidən revanşist, dağıdıcı qüvvələrin baş qaldırması təsadüfi deyil. İllərlə bölgəni qan və nifrət girdabında saxlayan, xalqı fəlakətdən-fəlakətə sürükləyən bu qüvvələr yenə köhnə ampluasındadır. Onların Paşinyanı "satqın" adlandırması, sülh təşəbbüslərinə qarşı çıxması əslində Ermənistanı yenidən xaosa, məğlubiyyətə aparmaq planıdır".

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında YAP-çı deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov

Onun sözlərinə görə, Azərbaycan qalib ölkə olaraq sülh istəyini dəfələrlə nümayiş etdirib: “Amma görünür ki, bunu Ermənistanda hələ də başa düşməyənlər var. Bununla belə, Ermənistanda hər kəs bu gerçəyi qəbul etməlidir - Azərbaycanla düşmənçilik siyasəti iflasa uğrayıb və geri dönüş yolu yoxdur. Sülh sazişinin imzalanması gecikdikcə, Ermənistan özünü daha da təcrid vəziyyətinə salacaq, iqtisadi və siyasi baxımdan çökəcək”.

Deputat əlavə edib ki, revanşistlərin “artsax” bəhanəsi artıq keçmişin qara səhifəsidir: “Qarabağ mövzusu birdəfəlik bağlanıb. Kim ki, bu gerçəyi qəbul etmir, o, Ermənistan xalqına düşmən mövqeyindədir. İndi Ermənistanın qarşısında iki yol var: ya sülh sazişini imzalayıb normal qonşuluq münasibətlərinə keçmək, ya da revanşistlərin ardınca gedib yeni bir fəlakət yaşamaq. Seçim onların, amma nəticələrə görə cavab vermək də məhz onların boynunda olacaq”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı qeyd edib ki, Ermənistan dövlətinin və erməni xalqının yeganə çıxış yolu Azərbaycanla sülh bağlayıb sakit və müharibəsiz yaşamaqdadır: “Uzun müddətdən sonra Ermənistan üçün belə bir şərait yaranıb. Təbii ki, ermənilər bunu dəyərləndirməlidir. Vaşinqton zirvəsi Ermənistanda olan revanşistləri qane edə bilməz. Həmin qüvvələr məhz Qarabağ faktoruna görə hakimiyyətə gəlmişdilər və 30 il hakimiyyətdə qala bildilər. Hakimiyyətdə olduğu dövrlərdə külli miqdarda korrupsiyaya bulaşdılar, oğurluq, talançılıq, qəddarlıq nümayiş etdirdilər. Köçəryan və Sərkisyan hərbi xuta rəhbərləri idi və amansız bir rejim qurmuşdular. Hər ikisi həm də hərbi cinayətkardır. Azərbaycana vurduqları mənəvi və maddi ziyanın ölçüsü milyardlarla dollarla hesablanır. 30 mindən artıq Azərbaycan vətəndaşını qətlə yetiriblər. Yüzlərlə kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi viran qoyublar. Bütün bunlara görə hər biri cavab verməlidir və verəcəklər”.

Onun fikrincə, digər tərəfdən, bir həqiqət var ki, bütün müharibələrin sonu sülhlə bitir: “Vaşinqtonda imzalanmış sənədlərin əhəmiyyətinə gəldikdə isə bu, bölgəyə sülh gətirəcək. İki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır”.

N.Orduxanlı vurğulayıb ki, imzalanmış üçtərəfli birgə bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir: “Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi. Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel sülh mükafatını ala bilər. Beynəlxalq təcrübə göstərir ki, bu kimi münaqişərdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə "Tramp yolu" adlanacaq Zəngəzur dəhlizi açılır. Ermənistanla ilkin sülh sazişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın supergücü ilə yaxın olmaq istəməz ki?"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Avqust 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri