Icma.az
close
up
RU
Paşinyanın 10 noyabr bəyanatı ilə bağlı fikirləri nəyə hesablanıb? ŞƏRH

Paşinyanın 10 noyabr bəyanatı ilə bağlı fikirləri nəyə hesablanıb? ŞƏRH

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistan Baş naziri Nikol Paşinyan mediaya açıqlamasında diqqətçəkən fikir səsləndirib. Belə ki, Baş nazir 2020-ci ilin 9 noyabr (10 noyabr) sənədindən danışıb və deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”: “9 noyabr 9 noyabrda qaldı”.
Ermənistan tərəfi bundan öncə də Rusiya ilə müəyyən təşkilatlarda fəaliyyətini demək olaraq dondurub. Buna misal kimi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı dəyişən münasibətini göstərmək olar.
Bu addımlar "Ermənistanın artıq Rusiyadan tamamilə üz döndərir" fikrinə rəvac verir. 

Bəs həqiqətənmi bu, belədir?

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibıtlər və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, əvvəla, Nikol Paşinyanın “9 noyabr 9 noyabrda qaldı” ifadəsi Ermənistan rəhbərliyinin Vaşinqtonda imzalanan sənədlərdən sonra 10 noyabr (9 noyabr) bəyanatını artıq aktual hesab etmədiyini göstərir:

"Bu, bir tərəfdən 2020-ci ildəki məğlubiyyətin siyasi-sosial yaddaşda yaratdığı travmadan uzaqlaşmaq cəhdi, digər tərəfdən isə Ermənistanın bu sənədin əhəmiyyətini itirdiyini diqqətə çatdırmasıdır. Hüquqi müstəvidə Paşinyan faktiki olaraq təsdiq edir ki, 10 noyabr bəyanatı müvəqqəti xarakter daşıyıb və artıq normativ əsas deyil. İkincisi, bu mövqe Ermənistanın xarici siyasətində gedən istiqamət dəyişikliyinə uyğun gəlir. Ermənistan son illər KTMT-də fəaliyyətini minimuma endirib, təşkilat tədbirlərində iştirakdan imtina edib, həmçinin Rusiya ilə hərbi-texniki əməkdaşlığı faktiki dondurub. Paşinyan hökuməti ABŞ-la təhlükəsizlik sahəsində yaxınlaşmanı artırır. Buraya ABŞ-la müdafiə dialoqunun intensivləşməsi də daxildir".

Deputat vurğulayıb ki, bununla belə, Ermənistanın “tamamilə Rusiyadan üz döndərməsi” tezisi hələ bir qədər tezdir:

"Ermənistan iqtisadi, enerji və diaspor kanalları baxımından hələ də ciddi şəkildə Rusiyadan asılıdır. Ölkənin əsas qaz təminatçısı “Qazprom”dur, miqrant pul köçürmələrinin əhəmiyyətli hissəsi Rusiyadan gəlir. Bundan başqa, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistanla imzalanmış müqaviləyə əsasən, hələ də bu ölkənin ərazisində yerləşir. 
Bütövlükdə isə Paşinyanın bu bəyanatı Ermənistanın artıq yeni reallıqları qəbul etdiyini və keçmişə qayıtmaq niyyətində olmadığını göstərir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri