Icma.az
close
up
RU
Paşinyanın beynəlxalq məhkəmə iddiaları ilə bağlı açıqlamaları nəyə hesablanıb? ŞƏRH

Paşinyanın beynəlxalq məhkəmə iddiaları ilə bağlı açıqlamaları nəyə hesablanıb? ŞƏRH

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan sülh sazişinin imzalanmasından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsi ideyasını məqbul sayır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib. Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaların geri götürülməsini məntiqli adlandırıb: “Burada iki nüans var. Birincisi odur ki, ikitərəfli formatda beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin həlli üçün aydın perspektiv olmalıdır; ikincisi, aydın başa düşülməlidir ki, başqa məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Paşinyan bu yolla perspektivdə Azərbaycanın da Ermənistana qarşı məhkəmə iddialarını geri götürməsinə çalışır:

“Məsələ ondan ibarətdir ki, bu iddialar eyni səviyyəli məsələlər deyil. Ermənistanın iddiaları əsassızdır, Azərbaycanın isə  əsasları var. Xüsusilə işğal dövründə Azərbaycanın tarixi- mədəni abidələrinə, ekologiyasına vurulan ziyana görə Ermənistana qarşı iddialar kifayət qədər tutarlıdır. İkinci bir tərəfdən, dəymiş maddi ziyan qarşılığında Azərbaycan perspektivdə Ermənistandan maddi təzminat tələb edə bilər. İrəvan bunu bilir. Ona görə də indidən “qarşılıqlı güzəşt əsasında” Azərbaycanı məhkəmə iddialarından çəkindirməyə çalışır”.

Şərhçi qeyd etdi ki, Paşinyan bu açıqlaması ilə Ermənistanın sülhdə səmimi olduğunu göstərməyə çalışır:

“Hərçənd bu, əbəs səydir. Ermənistanın sülhdə səmimi olduğunu göstərməyin yeganə yolu ən qısa zamanda konstitusiya dəyişikliyinə gedərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir”.

Günay Rəsulqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see200

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see199

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see197

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see195

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see189

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see178

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see153

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see139

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see128

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see126

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see124

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri