Paşinyanın 2031 ci il hiyləsi sonunu gətirə bilər
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
• Ermənistanın baş naziri Nikol Paşinyan sülh prosesi ilə bağlı nala-mıxa vuran fikirlər söyləyib. Bildirib ki, Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyi mümkündür.
• Sual olunur, niyə 2031-ci il?
• Əslində, bu, Paşinyanın siyasi hiyləgərliyinin növbəti frazasıdır. Çünki həmin ilə qədər Paşinyan hökumətinin səlahiyyət müddəti başa çatacaq və bu dövrdə Ermənistanda hansı siyasi proseslərin yaşanacağı, hansı siyasi qüvvələrin öndə olacağı bəlli deyil.
• Yəni, Paşinyan yekun sülh sənədinə imza atmağı özündən sonrakı hakimiyyətə ötürə biləcəyini istisna etmir.
• Nikol bu çıxışı ilə açıq şəkildə Azərbaycanın əsas tələbi olan Ermənistan konstitusiyasındakı ölkəmizə ərazi iddiası bəndini dəyişdirməyi də üzərindən atır.
• Paşinyanın bu mövqeyi ötən il Vaşinqtonda paraflanan Sülh sazişi və TRİPP quruculuğu yönündə addımlardan uzaqlaşması kimi səciyyələndirilə bilər.
• Görünür, Paşinyan bölgədə baş verən son proseslərdən, ələlxüsus da Türkiyə ilə sərhədlərin açılması istiqamətində səylərdən “cəsarətə” gəlib.
• Ola bilsin Putin də onu Aşqabadda MDB sammitində tənbeh edib və Ermənistan Rusiyaya regional nəqliyyat layihəsindən pay vermək istəyir.
• Paşinyan unudur ki, Azərbaycanın Sülh modeli təşəbbüsü və TRİPP amili onun siyasi hakimiyyəti üçün əsas zəmantverici faktordur.
• Birincisi, Vaşinqtondakı masada irəli sürülən paketdən yan qaçmaq onun üçün arzuolunan nəticə verməz.
• İkincisi, Azərbaycana qarşı hansısa çılız hiyləgərlik, yeni şərtlərlə çıxış etmək odla oynamağa bərabərdir.
• Azərbaycan öz torpaqlarını geri qaytarıb, qalib dövlətdir. Sülh sazişi Bakıdan çox İrəvana lazımdır.
• Yox, əgər Paşinyan sülh prosesinin arxasında hansısa məkrli planı düşünürsə, bu, artıq odla oynamaq deməkdir.
• Biz belə hiylələri, ənənəvi erməni nankorluğu ilə çox ratlaşmışıq. Cənab Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında da xartırlatdı ki, tarix boyu ermənilər hansısa vaxtda öz xain planlarını işə salaraq Azərbaycan xalqına qarşı nankorluq ediblər.
• Ona görə, onlara heç vaxt etibar etmək olmaz, sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
• Paşinyan Ermənistanın böyük qardaşı Fransaya yaxşı diqqət etsin, baş verən ixtişaşları diqqətlə izləsin.
• Fransa xalqı Makronun yalançı vədlərindən və Paşinyansayağı hiyləgər manipulyasiyalarından boğaza yığılaraq ölkədə sosial xidmətlərin və iqtisadi durumun pisləşməsinə etiraz edir, hökuməti istefaya çağırmaqdadır. Hökumətin böhranı aradan qaldırmaq üçün resursları isə tükənməkdədir.
• Belə hal Ermənistanda da təkrarlana bilər, Azərbaycan Ermənistana ucuz satdığı nefti, yanacağı dayandıqsa, açdığı nəqliyyat qapılarını bağlasa və hələ də Ermənistanda qalan 7 kəndin azad edilməsi üçün praktiki addımlar atsa, erməni xalqının sosial narazılığı Lilldəki toqquşmalardan betər olacaq.
• Paşinyan oynadığı oyunu və kiminlə oynadığı dərk etməlidir. Daha az göstər
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Bu mövzuda digər xəbərlər:Paşinyanın sülh oyunu 2031 ci ilin SİRRİ
17 Oktyabr 2026 07:32
Paşinyanın 2031 ci il hədəfi nəyə hesablanıb? 5 illik plan
16 Oktyabr 2026 07:02
Neyzmakovdan XƏBƏRDARLIQ: “Trampın siyasəti Paşinyanın sonunu gətirə bilər” ÖZƏL
16 Yanvar 2025 14:53
Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər Deputat
31 İyul 2025 23:38
Paşinyanın arvadı 2031 ci ildə baş nazir olacaq? Özü açıqladı
05 Oktyabr 2026 10:57
Baxış sayı:85
Bu xəbər 21 Oktyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















