Icma.az
close
up
RU
Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər Deputat

Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan mətbuatında yayılan məlumata görə Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə gedə bilər.

Ermənistan hökuməti hazırda növbədənkənar parlament seçkiləri keçirlə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Ermənistanda yeni seçkilərin keçirilməsinin vaxtı bəllidir.

"Əslində Ermənistanın qanunlarına görə, bu, bir il sonra baş tutmalıdır. Ancaq məsələ ondadır ki, bu gün seçkinin özü qədər onun vaxtının müəyyənləşdirilməsi də vacibdir. Seçkilərin daha öncə keçirilməsi yalnız və yalnız o vaxt mümkün ola bilər ki, Paşinyan şərtlərin öz lehinə dəyişdiyi ən doğru mərhələdə bunu etmək qərarına gəlsin. Yəni zaman çox önəmlidir. Çünki Paşinyan seçkiyə hazırlaşdığı kimi, onun əleyhdarları da hazırlaşırlar. Ölkədəki radikallar və revanşistlər də Ermənistanda keçiriləcək seçkiyə hazırlaşırlar. Rusiyadan ixrac edilən oliqarxlar da buna hazırlaşır", - deyən millət vəkilinin sözlərinə görə, hətta bəzi xarici ölkələrin xüsusi kəşfiyyat orqanları da Ermənistanda keçirilməsi nəzərdə tutulan seçkiyə hazırlaşırlar:

"Bu qədər mürəkkəb bir formula varkən, rəqiblərinə qarşı gözlənilməz bir həmlə etmək, əlbəttə ki, Paşinyanın siyasi məsləhətçilərinin düşündüyü bir həmlə ola bilər və bu mümkündür. Vəziyyətin necə olması isə seçkinin nəticəsinə bağlı olacaqdır. Paşinyan əslində məhz seçkinin nəticəsinin daha çox onun xeyrinə olacağı bir vaxtda seçkini növbədənkənar keçirməklə bağlı qərar qəbul edə bilər ki, burada aparılacaq hər hansı bir hesablamada kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu da gətirə bilər. Ona görə görünür, bu məsələ ilə bağlı çox ciddi analiz və təhlillər aparmaq lazım gələcək".

H.Babaoğlu vurğuladı ki, növbədənkənar seçki məsələsi Paşinyanın özü tərəfindən və yaxud onun rəqibləri tərəfindən yayılmış bir dezinformasiya da ola bilər:

"Ona görə də mən düşünürəm ki, bütün hallarda bir məsələ də var ki, bu, seçkilərin tarixinin önə çəkilməsi ehtimalını azaldır. Bu nədir? Əgər seçkilər önə çəkiləcəksə, o zaman mövcud hökumət istefa verməlidir. Ya da əgər Ermənistan Konstitusiyasında varsa, Baş nazir Paşinyan seçkilərin tarixinin dəyişdirilməsi ilə bağlı xüsusi sərəncam imzalamalıdır. Bu proseslərlə bağlı necə qərar qəbul edəcək? Mənə elə gəlir ki, Paşinyanın qərar qəbul edəcək komandası daxili və xarici şərtləri nəzərə alaraq, dəqiq hesablama apararaq belə bir qərar qəbul edə bilərlər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri