Icma.az
close
up
RU
Paşinyanın “alternativ dəhliz” planı: Ermənistanın təklifi Bakıya və Ankaraya sərfəlidirmi?

Paşinyanın “alternativ dəhliz” planı: Ermənistanın təklifi Bakıya və Ankaraya sərfəlidirmi?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün təklif etdiyi mümkün marşrutu açıqlayıb. O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır. Paşinyanın sözlərinə görə, hazırda Ermənistandan keçməklə ən real istiqamət Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutudur. “Əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, biz bu marşrutu dərhal tranzit üçün açmağa hazırıq. Hazırda bu, Ermənistan tərəfindən reallaşdırıla biləcək yeganə variantdır. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”, - o qeyd edib.

Ermənistanın təklif etdiyi Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutu iqtisadi və logistik baxımdan Azərbaycan və Türkiyə üçün nə qədər sərfəlidir?

Moderator.az-a danışan Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Paşinyanın bu təklifi Türkiyə və Azərbaycan üçün cəlbedici deyil.

“Hazırda Türkiyə ilə Azərbaycanın bütün kommunikasiya xətləri Gürcüstan üzərindən təmin olunur və avtomobil yolları yüksək səviyyədədir. Üstəlik, Bakı–Tiflis–Qars dəmiryolu mövcuddur və onun daşınma qabiliyyətinin 5 milyon tona qədər artırılması planlaşdırılır.

Paşinyan əslində Türkiyə üçün Ermənistan ərazisindən yolun açılmasını təklif edir. Halbuki, Naxçıvan üzərindən olan marşrut həm iqtisadi, həm də logistika baxımından daha sərfəlidir, məqsədəuyğundur. Biz dəmir yolu daşımalarını isə ermənilər üçün yox, Ermənistana, Rusiya, Qazaxıstan və Çin mallarının daşınması üçün razılaşdırmışıq. Ermənilər də azərbaycanlıların deyil, türklər üçün yolun açılmasını təklif edir.

Düşünürəm ki, nə Azərbaycan, nə də Türkiyə üçün bu təklif elə də maraqlı deyil. Paşinyan sadəcə nümayiş etmək istəyir ki, guya biz də cavab addımı atırıq. Halbuki, əslində burada heç bir cavab yoxdur” –  deyə deputat vurğulayıb.

Xatırladaq ki, Azərbaycan öz ərazisindən Ermənistana yük daşımalarına qoyulan tranzit qadağasını ləğv edib. Bunun nəticəsində Rusiya və Qazaxıstandan Ermənistana göndərilən mallar artıq Azərbaycan ərazisindən tranzit qaydada daşınır.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri