Icma.az
close
up
RU
Paşinyanın ritmi Ermənistanın ahəngi olacaqmı?

Paşinyanın ritmi Ermənistanın ahəngi olacaqmı?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Baş nazir əvvəlki qaydalarla yaşamamağı təlqin edir

Əslində, Ermənistanın baş naziri Nikol Paşinyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilmiş ənənəvi illik müşavirədə səsləndirdiyi fikirlər onun əvvəllər dilə gətirdiklərinin davamıdır. Qeyd edək ki, baş nazir hakimiyyətdə olduğu müddətdə dəfələrlə erməni varlığının dünyaya, o cümlədən yaxın ətrafa, yəni qonşularına baxışının düzgün qurulmadığına dair açıq və qapalı mesajlar səsləndirib..

Əlbəttə, Paşinyanın söylədikləri heç də həmişə birmənalı qarşılaynmayıb. Əksər hallarda hökumət rəhbəri, loru dildə desək, topa tutulub. Heç şübhəsiz, yenə onu qınayanlar növbəyə düzüləcəklər. Satqın, xayin “iltifatları” da öz yerində. Ancaq indi durum fərqlidir. Necədir, bu barədə sonda söz açacağıq. Hələlik isə Nikolun bu dəfə nələri vurğulamasının üzərində dayanaq.

Ümumən, N.Paşinyanın fikirlərində iki başlıca tezis var. Birincisi, onun sözlərinə görə, “üzləşdiyimiz bəlaları öyrəndikdən sonra belə nəticəyə gəldik ki, tariximizin ritmini beynəlxalq proseslərin ritmi ilə uyğunlaşdıra bilməmişik”: “Vaşinqtonda baş verənlər isə o deməkdir ki, siyasətimizin ritmi müəyyən beynəlxalq proseslərin ritmi ilə uyğunlaşdı və bu, son dərəcə önəmlidir. Deyə bilərəm ki, bu, son 100 ildə beynəlxalq proseslərlə uyğunlaşmaq üçün yaranmış ilk real imkandır”.

Bəli, Paşinyan tam haqlıdır. Çünki erməni varlığı otuz ildən artıqdır davam edən müasir milli dövlətçilik tarixində ilk dəfədir sayğı ilə qarşılanır. Hər halda, Paşinyanın gedib ABŞ-a çıxması, üstəlik bunun Birləşmiş Ştatların Prezidentinin dəvəti ilə gerçəkləşmiş səfər olması adi məsələ sayılmamalıdır. Deməli, 44 günlük müharibədəki məğlubiyyət Ermənistan üçün nə qədər rüsvayçı nəticələr doğursa da, ölkə hesaba alındı. Həm də ona görə hesaba alındı ki, rəsmi İrəvan Azərbaycanla mübarizənin faydasızlığını gördü. İndi erməni tərəfi məsələni məşhur “çəkişməsən, bərkiməzsən” atalar misalımız kontekstində dəyərləndirə bilər. Amma təskinlik üçün. Hər halda, ziyanın yarısından qayıtmaq da xeyirdir, - deyib atalarımız.

Fakt budur ki, Paşinyan ABŞ-da müstəqil Ermənistanı təmsil etmişdi. Bu təmsilçilik faydalıdır. Üstəlik, fayda amilinin rəsmi İrəvanın Bakı ilə sülhə razılıq tərəfi var. Ötən 100 ildə belə bir hal baş verməmişdi və bunun yaşanmaması, mahiyyətcə, barıt çəlləyini ildırımın vurması effekti yaradırdı. Elə bir effekt ki, Ermənistanı bir dövlət kimi yer üzündən silə bilərdi. Erməni xalqı Paşinyana yoxluğu deyil, yaşamı bəxş etdiyi üçün nə qədər minnətdar olsa, yenə azdır.

Bir haşiyə də çıxaq ki, Paşinyan indiki durumda erməni xalqının düşüncə və baxışlarının ifadəçisi qismində çıxış edən rəhbər ampluasındadır. Heç şübhəsiz, o, 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verəndə də, Şuşanın Cıdır düzündə sərxoş halda yallı gedəndə də həmin baxışlara sadiq idi. Amma Nikol yekun nəticədə sözügedən bəyanatı ilə tipik erməni düşüncəsinin yanlışlığını sübuta yetirdi. Başqa sözlə desək, yanlışlığı göstərmək üçün şans yaratdı. Əlbəttə, buna şans demək mümkündürsə. Hərçənd, başqa çıxış yolu yox idi. Baş nazir deyə bilərdimi ki, Ermənistan işğal etdiyi torpaqları Azərbaycana geri qaytarmalıdır? Xeyr! Adamı iqtidar kürsüsündə oturduğuna peşman edərdilər. Ona görə də müharibəyə rəvac verən fikirlər səsləndirdi, hərəkətlərə yol verdi. Müharibədə isə haqq-ədalət öz yerini tutdu. İndi Nikol son 100 ildə Cənubi Qafqaz regionunda ikinci belə haqq-ədalətin olmadığını da vurğulaya bilər.

Amma hazırkı haqq-ədalətə aparan yol heç də rəvan deyildi. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Paşinyan yenə tipik erməni xislətinə xas davranışları işə saldı, səmimiyyətdən uzaq mövqe tutdu, siyasi manevrlərlə savaşda itirdiyini diplomatik müstəvidə geri qaytarmağa cəhd göstərdi. Amma istəyinə çata bilmədi. Nəinki çata bilmədi, eyni zamanda, hərəkət və davranışları ilə erməni avantürizminin yekundə heç bir real nəticə vermədiyini göstərdi. Ara-sıra isə haqqında söz açdığımız reallıqları da dilə gətirdi.

N.Paşinyan reallıqlardan söz aça-aça onları ictimai düşüncədə möhkəmləndirməyi bacardı. Bu, xüsusi bir məharət idimi? Demək çətindir, çünki başqa yolu qalmamışdı. Məsələn, Azərbaycanın 2023-cü ilin sentybarında gerçəkləşdirdiyi lokal xarakterli antiterror tədbirlərindən, Qarabağda separatçı rejimin ömrünü başa vurmasından sonra o bildirdi ki, Ermənistan qarşıdurmaya qoşulmamaqla dövlətçiliyini qorudu. Sanki, kimlərsə bunun əksini gözləyirmişlər.

Yəqin xatırlayarsınız ki, Paşinyanın bu bəyanatı erməni cəmiyyətində geniş rezonans doğurmuşdu. Qarabağa nəzarət tam şəkildə əldən çıxdıqdan sonra hay başbilənlər “daha pis nə ola bilərdi ki” ritorik sualı ilə baş naziri məsxərə predmetinə çevirmişdilər. Belələri, müasir erməni dövlətçiliyinin Qarabağ kartı üzərində qərarlaşdığına eyham vurmuşdular. İndi isə Paşinyan deyir: “Ən böyük problemlərimizdən biri ondan ibarət olub ki, ölkəmizin ənənəvi olaraq yaşadığı nəzəriyyələr elitalar tərəfindən formalaşdırılıb və, yumşaq desək, cəmiyyətə öyrədilib”.

Bəli, Paşinyan bu mənada da haqlıdır. Çünki erməni varlığı Cənubi Qafqaza yaşamaq deyil, dağıtmaq, müharibələr, qətllər, qarətlər törətmək üçün yerləşdirilmişdi. Bu varlıq iki yüz ilə yaxın müddətdə üzərinə imperialist qüvvələr tərəfindən qoyulmuş bu “vəzifənin” icrası naminə hər şeyi etdi, dövlətçiliyi düşünməyəcək dərəcədə davrandı, alətə çevrildi. Elə zənn etdi ki, bədxah əməllərlə nə isə qazanacaq. Qazandı da. Özünün olmayanı əldə etdi. Düşündü ki, vəziyyət əbədi olaraq davam edəcək. Lakin bütün hesablamaları boşa çıxdı. İndi isə Paşinyan əks proseslərin baş verdiyini bildirir: “Hazırda biz elə bir dövrdə yaşayırıq ki, əks proses baş verir: xalqın şüuruna xalqın nümayəndələri tərəfindən formalaşdırılan və həyata keçirilən nəzəriyyələr daxil edilir. Bu baxımdan həmin prosesin üzvi şəkildə tam qorunub saxlanılması çox vacibdir”.

Heç şübhəsiz, Paşinyan bu fikirləri ilə həm də Azərbaycanla sülh prosesinin qorunub saxlanılmasının zəruriliyinə eyham vurur və hazırkı durumu əvvəlki səhvlərin aradan qaldırılması baxımından şans mərhələsi kimi dəyərləndirir. Yəni, o, özünü və komandasının üzvlərini erməni xalqının nümayəndəsi qismində göstərərək, yeni qaydada yaşamağın vacibliyini önə çəkir. Əlbəttə, baş nazirin söylədiklərinin həyata nə dərəcədə keçəcəyini, ümumən həyata keçib-keçməyəcəyini zaman göstərəcək. İndilik onu demək olar ki, Paşinyanın şəxsində erməni iqtidarı ölkəmizlə düşmənçilik səhifəsinin bağlandığını daha yüksək səslə bəyan edir. Hazırkı durumu fərqli edən də budur. Necə deyərlər, kor nə istər, iki göz, biri əyri biri düz.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 03:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri