Icma.az
close
up
RU
Paşinyanın Ankarada çarə axtarışı: Türkiyədən zəmanət istəyir

Paşinyanın Ankarada çarə axtarışı: Türkiyədən zəmanət istəyir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfərinin gündəliyini açıqlamaqdan rəsmən imtina edir. Bir gün əvvəl Baş nazir Nikol Paşinyan da Ermənistanın diplomatik əlaqələri olmayan ölkəyə səfərinin məqsədini açıqlamayıb”. “Hraparak” nəşri belə yazır. 

“Bu arada, hətta hakim “Vətəndaş Müqaviləsi” Partiyası sıralarında Türkiyədə saziş və ya ilkin sülh sənədinin imzalana biləcəyi ilə bağlı fərziyyələr dolaşmağa başlayıb. Bir neçə gündür ki, ekspert dairələri Azərbaycan Prezidenti İlham Əliyevin də Türkiyəyə səfəri ilə bağlı məlumatları müzakirə edirlər. 

Bəzi məlumatlara görə, Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə tərəflər razılığa gələ və sülh müqaviləsi imzalaya bilərlər. Bu da öz növbəsində regionda üçüncü tərəfin hərbi mövcudluğunun aradan qaldırılması, xüsusilə də Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması demək olar.

Mümkün razılaşmaya ayrıca sənəd əlavə olunacaq və orada mövcud məlumata görə, Bakının əlavə tələbləri, o cümlədən 300 min azərbaycanlının Ermənistana geri qaytarılması barədə tələblər sadalanacaq”,-deyə “Hraparak” qeyd edir. 

Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə rəsmi səfəri ilə bağlı Ermənistan mediası müxtəlif ehtimallar irəli sürməklə tərəflər arasında müzakirə ediləcək məsələləri öyrənməyə çalışır. Lakin Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın açıqlaması “Hraparak”da yazılanların daha çox konspiroloji yanaşmadan ibarət olduğunu göstərir. 

Baqdasaryan Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında Türkiyədə görüş planlaşdırılmadığını bildirib. Bu isə istər Nikol Paşinyanın, istərsə də Prezident İlham Əliyevin Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərdə daha çox ikitərəfli və regional məsələləri müzakirə edəcəyini göstərir. 

Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları Prezident Ərdoğanın Nikol Paşinyan və İlham Əliyevlə apardığı danışıqların gündəliyində mühüm yer tutacaq. Xüsusilə də Ermənistanın Baş nazirinin Ankaraya rəsmi səfəri Azərbaycanla sülh prosesini daha aktual edir. Çünki Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məhz bu məsələdən asılıdır. 

Nikol Paşinyan çox güman ki, Türkiyə hakimiyyətini sərhədlərin açılmasının vacibliyinə inandırmağa çalışacaq. İsrail-İran müharibəsinin daha gərgin və üçüncü mərhələyə daxil olması hərbi əməliyyatların uzanacağından xəbər verir. Bu da öz növbəsində Ermənistanın iqtisadi blokadasını genişləndirən amilə çevrilməkdədir. İranda iqtisadi böhranın siyasi xaosa çevrilmək təhlükəsi var. 

Birinci Qarabağ müharibəsindən etibarən Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olsa da, İran əsas təchizatçı ölkələrdən biri kimi işğalçıya dəstək göstərib. İndi isə vəziyyət dəyişib və İranın iqtisadi infrastrukturu dağılmaq təhlükəsi ilə üz-üzədir. İran və Ermənistan arasında idxal-ixrac əməliyyatlarını həyata keçirmək çətinləşib. Bütün bunlar Ermənistanı Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etməyə sövq edə bilər.

Nikol Paşinyan böyük ehtimalla Türkiyə hakimiyyəti ilə apardığı danışıqlarda İrandakı vəziyyəti nəzərə alaraq, Ermənistanla sərhədlərin açılması üçün razılaşma əldə etməyə səy göstərəcək. Hətta Paşinyanın səfərindən sonra Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr səviyyəsində 2023-cü ildən bəri yarımçıq qalmış müzakirələr yenidən aktivləşə bilər. 

Tərəflərin diplomatik pasporta malik üçüncü ölkə vətəndaşlarının da Alican sərhəd-buraxılış məntəqəsindən keçməsi barədə razılaşmanın icrasına başlanılması istiqamətində də müəyyən addımlar atıla bilər. Amma sərhədlərin açılması ilə bağlı Türkiyə və Ermənistanın ortaq məxrəcə gələcəyi hələlik inandırıcı görünmür. Çünki Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları və qondarma soyqırım məsələsini irəli sürür. 

Ermənistan Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə Türkiyənin 6 şərq vilayəti “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda, Ermənistan dövlət gerbində Ağrı dağına ərazi iddiası yer alır. Bu isə Ermənistan Konstitusiyasının 21-ci maddəsində, həmçinin “Ermənistanın Dövlət Gerbi haqqında” Qanunda təsbit olunub. 

Həmçinin, Müstəqillik Bəyannaməsinin 11-ci bəndində 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələr “soyqırım” aktı kimi təqdim olunur və dünyada tanınması qarşıya məqsəd qoyulur. Ona görə də Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün referendum keçirməli, qeyd edilən müddəaları konstitusiyadan çıxartmalıdır. Eyni zamanda, Ermənistanın dövlət gerbi dəyişdirilməlidir. Əlbəttə, bütün bunlar sərhədlərin açılması üçün yeganə səbəb ola bilməz. 

Çünki Türkiyə və Ermənistan arasında dinc ticari-iqtisadi əməkdaşlığın qurulması İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqları Azərbaycanla koordinasiyalı şəkildə aparır. Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına gəlincə, Azərbaycan və Türkiyə birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. 

Bunu Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və konstitusiya referendumunun keçirilməsini gözləmədən də reallaşdırmaq mümkündür. Yəni Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndini yerinə yetirməlidir. Əgər Paşinyan Zəngəzur dəhlizinin açılması istiqamətində öhdəliyə əməl etməsə və Ankarada növbəti dəfə “Sülh kəsişməsi”ndən danışmaq davam edərsə, bu danışıqların ciddi nəticəsi olmayacaq. 

Paşinyanın inadkarlığı Ermənistanın blokadasını gücləndirə bilər. Bu isə 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistan cəmiyyətində Nikol Paşinyan hakimiyyətinə qarşı narazılığın artmasında mühüm rol oynayacaq. İranda baş verən geosiyasi qarşıdurmanın regiona yayılması fonunda Paşinyanı devirmək istəyən qüvvələrin yaranmış konyukturdan istifadə etməsinə gətirib çıxarar. 

Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz etməyə çalışan xarici aktorların da maraqlar toqquşması görünür, Paşinyanı təhlükəsizliyini təmin etmək üçün yeni addımlar atmağa vadar edib. Rusiya-Ermənistan-İran təhlükəsizlik üçbucağının dağılması regionda yeni güc mərkəzinin formalaşacağından xəbər verir. Bu baxımdan, Azərbaycanla sülhün əldə olunması və Türkiyə ilə barış Ermənistanın təhlükəsizliyi üçün ciddi təminata çevrilə bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri