Paşinyanın arvadı müraciət etdi: Həyatım təhlükədədir
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan həyatına təhdilər olması ilə bağlı videomüraciət yayıb.
"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, Anna Akopyan bununla bağlı İnstaqram səhifəsində video paylaşım edib. O müraciətində son günlərdə ölkədə məişət zorakılığı məsələsini ictimailəşdirməsindən sonra həyatı üçün təhlükə hiss etdiyini qeyd edib.
"Məişət zorakılığı haqqında açıq danışmağa başladıqdan sonra həyatıma qarşı təhdidlər hiss edirəm. Ümid edirəm ki, dövlət qurumları bu kimi halların qarşısını ala biləcəklər. Çünki baş nazirin həyat yoldaşı zorakılığın qurbanı olsaydı, bu, ölkənin nüfuzuna ciddi zərbə olardı", - Akopyan vurğulayıb.
Akopyan videomüraciətində qadınlara məişət zorakılığı halları barədə susmamağa çağırıb.
"Yalnız biz bir-birimizə kömək edə və qoruya bilərik. Bu problem barədə cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik. Hamını birdən susdurmaq mümkün olmayacaq", - o vurğulayıb.
O, qadınların baş verənlər barədə açıq danışmaqdan çəkinməməli olduqlarını söylədi.
Baş nazirin həyat yoldaşı daha sonra qeyd edib: "Qorxmayın. Ən pisi artıq başımıza gəlib. İllərlə psixoloji, fiziki, maliyyə və cinsi istismar altında yaşamaq əsl kabusdur və biz bundan qətiyyətlə çıxmalıyıq. Artıq buna dözməyəcəyik".
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Anna Akopyanın həyatına təhdidlər alması barədə bəyanatı təsdiqləyib və məsələ ilə bağlı araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 28 İyul 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















