“Şəxsi həyatım qalmayıb”
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kabo-Verde milli komandasının təcrübəli qapıçısı Vozinya DÇ-2026-dakı çıxışından sonra qazandığı populyarlığa dözməkdə çətinlik çəkdiyini etiraf edib.
Futbolpress.az xəbər verir ki, “The Observer” nəşrinə danışan qolkiper üzərinə düşən diqqətin şəxsi həyatına ciddi təsir etdiyini bildirib:
“Sakitliyimi tamamilə itirmişəm. Artıq şəxsi həyatım qalmayıb. Küçəyə çıxanda və ya restorana gedəndə mütləq kimsə yaxınlaşıb foto çəkdirməyimi və ya avtoqraf verməyimi istəyir. Ən pis hal insanların gizlincə məni videoya çəkməsidir. Səmimi deyirəm, əgər indiki vəziyyətlə əvvəlki dövr arasında seçim etmək şansım olsaydı, tərəddüdsüz keçmiş həyatımı seçərdim”.
Vozinya DÇ-2026-nın qrup mərhələsinin ilk turunda turnirin gələcək çempionu İspaniya ilə oyunda (0:0) 7 inanılmaz seyvə imza ataraq matçın ən yaxşı oyunçusu seçilmişdi. H qrupunda ikinci yeri tutaraq 1/8 finala yüksələn Kabo-Verde millisi pley-offun ilk mərhələsində əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə uduzmuşdu.
Turnir ərzində göstərdiyi oyunla azarkeşlərin rəğbətini qazanan Vozinya azarkeşlərin versiyasına görə DÇ-nin simvolik yığmasına seçilib. Turnir günlərində onun sosial şəbəkələrdəki izləyici sayı 28 milyonu keçərək dünya qapıçıları arasında mütləq rekorda çevrilib.
Mundialdan sonra 40 yaşlı qolkiper Çilinin köklü klublarından “Kolo-Kolo” ilə rəsmi müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Sentyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















