Icma.az
close
up
RU
Paşinyanın Azərbaycan xalqına mesajının sirri Hadisələri tezləşdirmək istəyir

Paşinyanın Azərbaycan xalqına mesajının sirri Hadisələri tezləşdirmək istəyir

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik mesajı ictimaiyyətin və ekspert dairələrinin diqqətini çəkib. Bəzi müşahidəçilər Paşinyanın bu addımını sülh prosesi və Zəngəzur dəhlizi istiqamətində etimadın möhkəmlənməsi üçün diplomatik siqnal kimi görsələr də, digərləri simvolik jest hesab edirlər.

Ermənistanda və Azərbaycanda birmənalı qarşılanmayan bu jest İrəvanBakı münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndiriləcəkmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Paşinyanın Qurban bayramı ilə bağlı təbrikini Zəngəzur dəhlizi ilə əlaqələndirilmək düzgün deyil:

“Ermənistanın guya sülh tərəfdarı olduğunun nümayişinə xidmət edən bu təbrikin alt və ya üst qatında, yanında-yörəsində heç bir mesaj-filan yoxdur. Dünyadakı bütün problemlər bir təbrik mesajı ilə həll olunsaydı, o zaman müharibə və münaqişələrə heç bir ehtiyac qalmazdı, BMT Nizamnaməsini də təbrik mətnləri əvəz edərdi.

Həmçinin oxuyun:

Bakı Paşinyanın təbrikinə hansı cavabı verəcək? – İrəvanın atmalı olduğu ən vacib addım

Ola bilsin ki, hazırda hakimiyyəti üçün, daxildən ciddi problemlərin yarandığını, kilsə-baş nazir qarşıdurmasının, hazırda kənardan daha ciddi şəkildə körükləndiyini, nüfuz müvəkkilləri şəbəkəsinin Eçmiədzin vasitəsilə hərəkətə gətirildiyini çox yaxşı başa düşən Nikol Paşinyan Azərbaycana yönəlik Qurban bayramı mesajı ilə həm də tərs köşədən hərəkət etmək, kilsəni və tarix boyu şərin beşiyi rolunu oynayan bu təsisatla “ittifaqda” olan müharibə canilərini qıcıqlandırmaq, ona qarşı hazırlanan planın tez bir zamanda üzə çıxması üçün hadisələri tezləşdirmək qərarına gəlib.

Elçin Mirzəbəyli

Bu baxımdan, biz 2026-cı ilin seçkilərinədək Ermənistanda proseslərin süni şəkildə intensivləşdirildiyinin, hətta kilsə və “beşinci kolon”nun hadisələrin inkişaf dinamikası və təhrikçi addımların təsiri altında da yer aldıqları çevriliş səhnələşdirilməsinin də şahidi ola bilərik. İndi Ermənistanın ümumi siyasi mənzərəsi ondan ibarətdir ki, Nikol Paşinyan seçkilərədək kilsənin bütün təxir imkanlarını sıradan çıxarmaq, neytrallaşdırmaq, kilsənin rəqiblərinə dəstək vermək imkanlarını sıradan çıxarmaq istəyir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri