Icma.az
close
up
RU
Paşinyanın adamından ittiham Azərbaycan qoşunları...

Paşinyanın adamından ittiham Azərbaycan qoşunları...

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - sərsəm açıqlamaya sərt cavab gəldi

“Demarkasiya ilə Azərbaycan qoşunları Cermukun (İstisu- red) işğal olunmuş ərazilərini tərk edəcəklər”. Bunu Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyan deyib. O, bundan əvvəl Cermuk şəhərinin meri vəzifəsini tutub. Erməni mediası iddia edir ki, bu il iyulun 26-da Azərbaycan Cermuk ərazisində mövqeləri tutub. Bu cür uydurma xəbərlərin arxasında duran əsas motiv Ermənistan cəmiyyətində süni panika yaratmaq və daxili auditoriyanı səfərbər etməkdir.

Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib. Azərbaycan Ordusu strateji nöqtələrə nəzarəti təmin edib.

Ermənistan bu reallığı “işğal” kimi qiymətləndirsə də, sərhədin dəqiqləşməsi olmadığı üçün bu iddialar cəfəngiyyatdır. Hazırda şərti sərhəd var və delimitasiya prosesi getməlidir. Ermənistan Müdafiə Nazirliyi avqustun 15-də Azərbaycan Ordusunun Cermuk istiqamətində irəliləməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

“İşğal anlayışını Ermənistan öz tarixində axtarsın”.

Bu fikirləri deputat Vüqar İskəndərovErmənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyanın “demarkasiya nəticəsində Azərbaycan qoşunlarının Cermukun işğal olunmuş ərazilərini tərk edəcəkləri” barədə iddialarına cavab olaraq bildirib.

Vüqar İskəndərov

Deputat Arsenyanın və digər revanşist ermənilərin bu kimi əsassız açıqlamalarının reallıqdan tam uzaq olduğunu deyib: “Ermənistan uzun illər boyunca işğal siyasətini həyata keçirib, Azərbaycan torpaqlarını zəbt edib, şəhər və kəndlərimizi viran qoyub. Bu gün isə öz işğalçı tarixini unudaraq, sərhədlərin dəqiqləşməsi prosesini ”işğal" kimi təqdim etmək absurddur."

V.İskəndərov qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verən hadisələr Ermənistanın törətdiyi növbəti təxribatın nəticəsi idi və Azərbaycan Ordusu həmin təxribatlara adekvat cavab verib:“Azərbaycan heç bir ölkənin ərazisinə soxulmayıb, əksinə, öz dövlət sərhədləri boyunca təhlükəsizliyi təmin edib. Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyinin özü belə Cermuk istiqamətində guya ”irəliləmə" ilə bağlı iddiaları təkzib edib. Bu fakt özü də Arsenyanın dediklərinin uydurma olduğunu göstərir."

Deputat onu da əlavə edib ki, Ermənistanın törətdiyi işğal təkcə torpaqlarımıza qarşı deyil, bütövlükdə Azərbaycanın təbiətinə, ekologiyasına və mədəni irsinə qarşı yönəlmişdi: “İşğal dövründə minlərlə hektar meşə qırıldı, çaylarımız çirkləndirildi, torpaqlar kimyəvi tullantılarla zəhərləndi. Təbii ehtiyatlarımız talan edildi, dağlar, bulaqlar, su hövzələri dağıdıldı. Eyni zamanda dini və mədəni abidələrimizə, qəbiristanlıqlarımıza qarşı vandalizm aktları törədildi. Bu, təkcə hərbi yox, ekoloji və mədəni işğal siyasəti idi”.

Müsahibimiz sonda Ermənistanın revanşist siyasətçilərinə və bu həvəsə düşən rəsmi şəxslərinə tövsiyə ünvanlayıb: “Ermənistanın hakim dairələri və cəmiyyəti artıq başa düşməlidir ki, bölgədə yeni reallıq formalaşıb və bu reallıq Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq və sülh gündəliyi üzərində qurulub. Ermənistan isə ötən 30 ildə tarixdə işğalçı dövlət kimi qalıb. Ona görə də ”işğal" anlayışını onlar bizə deyil, öz tarixlərinə aid etməlidirlər".

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dəqiq sərhədlərin müəyyən olunması üçün mütləqdir ki, sərhəd nişanları müəyyən olunmalıdır: “Ermənistanda kimin nə deməyindən aslı olmayaraq delimitasiya və demokrasiya baş tutmalıdır. Bu baş verməyənə qədər Azərbaycanı ittiham etmək absurddur, gülüncdür. Azərbaycan tərəfinin əlində istər 1918-1920-ci illərin - Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet işğalından sonrakı illərin xəritəsi var. Hətta 1960-cı illərdə Azərbaycanla Ermənistan arasında yeni sərhədlərin müəyyən olunması prosesi aparılıb. Bu xəritəyə istinad etsək belə, görərir ki, deyilənlərin heç bir əsası yoxdur. Vayots Dzor Qubernatoru nə qədər həyasızdır ki, utanmadan bizə böhtan atır. Hələ biz sovet zamanında kommunist partiyasının əsassız qərarları ilə Azərbaycan torpaqlarının, Zəngəzurun, Naxçıvanın müəyyən ərazisinin və digər ərazilərin Ermənistana verilməsini qabartmırıq. Bu əraziləri Azərbaycan tələb etsə, Ermənistan 19 min kv km ərazidən kənara çıxa bilməz. Bu bir həqiqətdir ki, dünyada Azərbaycan yeganə ölkədir ki, öz qədim torpaqları ilə sərhəddədir, cənubdan Cənubi Azərbaycan, qərbdən Qərbi Azərbaycan, Borçalı, şimaldan Dərbənd və s. torpaqların hamısı bizim tarixi torpaqlarımızdır. Ermənistan Müdafiə Nazirliyinin təkzibi onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin daxilində revanşistlərə qulluq göstərən şəxslər var. Və onlar yenidən Azərbaycan-Ermənistan münasibətlərinin gərginliyi nəticəsində hakimiyyətə qayıtmaq istəyirlər. ”Erməni dığası" cəfəngiyyatla məşğul olub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Oktyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri