Icma.az
close
up
RU
Paşinyanın bir yolu var… Xarici qüvvələr Ermənistanda terrora əl ata bilər

Paşinyanın bir yolu var… Xarici qüvvələr Ermənistanda terrora əl ata bilər

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənistanda Kilsə keşişlərinin həbs əməliyyatı Nikol Paşinyanın öz rəqiblərinə qarşı ciddi hücumudur. Amma hökumətin addımları cavabsız qalmır".

Bunu Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təkcə Kilsə deyil, eyni zamanda Paşinyana müxalif olan bütün qüvvələr, o cümlədən müstəqil ekspertlər də hökumət əleyhinə çıxışlar etməyə başlayıblar:

"Açıq şəkildə deyirlər ki, Ermənistan tarixində indiyədək Rusiya ilə münasibətlər bu qədər gərgin olmayıb. Xüsusən, vurğulayırlar ki, Ermənistanın orta və yaşlı əhalisi ölkənin gələcəyini Rusiyada görür, ona görə də hakimiyyət bunu nəzərə almalıdır”.

Müsahibimiz hesab edir ki, bu, açıq-aşkar Paşinyan hakimiyyətinə təzyiqdir:

“Eyni zamanda qeyd edirlər ki, bu gedişatın önü alınmazsa, münasibətləri bərpa etmək mümkün olmayacaq. Kilsə və onların dəstəkçiləri erməni ictimaiyyətini Paşinyana mübarizəyə səsləyirlər. Bu, nəyə səbəb ola bilər? Əgər Paşinyan tutduğu yoldan, əldə olunan razılaşmalardan, sülh sazişindən, TRİPP layihəsindən imtina edərsə, geri çəkilərsə, sonu çox faciəli olar. Onsuz da fürsət gözləyən müxalifət, Köçəryan-Sarkisyan tərəfdarları Paşinyanı mühakimə etməyə şans qazanarlar".

Mütəllim Rəhimov: Kilsə və onların dəstəkçiləri erməni ictimaiyyətini Paşinyana mübarizəyə səsləyirlər

Həmsöhbətimiz əlavə edib ki, Paşinyanın öz öhdəliklərinə qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur.

Ermənistan daxilində konfliktlərin dərinləşdiyini deyən M.Rəhimov hesab edir ki, yaxın gələcəkdə Paşinyanla müxalifət arasında ciddi toqquşmanın şahidi ola bilərik. Onun dediyinə görə, Paşinyanın layihələrini qəbul etməyən xarici güclər Ermənistanda özünə bağlı olan "5-ci kolon"u maksimum gücləndirəcək və küçələrə çıxaracaq:

“Hətta terror və digər təxribatlara da əl ata bilərlər. Bununla da Ermənistan daxilində güclü qarşıdurmanın şahidi ola bilərik. Azərbaycan-Ermənistan sərhədlərində müəyyən təxribat cəhdləri mümkündür. O baxımdan biz də diqqətli, ayıq-sayıq olmalıyıq".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see174

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see165

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see148

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see135

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see132

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see132

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see130

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see126

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri