Icma.az
close
up
RU
“Rusiya Ermənistanda Paşinyanın devrilməməsinə çalışır” ŞƏRH

“Rusiya Ermənistanda Paşinyanın devrilməməsinə çalışır” ŞƏRH

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanda seçki marafonunda revanşist və Rusiyaya bağlı müxalifətin əsas tezisi Azərbaycanla Ermənistan arasında paraflanmış sülh mətnindən çıxmaq, Zəngəzur dəhlizi və TRİP layihəsindən imtina edərək Rusiyanın prosesdə iştirakını təmin etmək, həmçinin Qarabağdan köçən ermənilərin qayıdışını gündəmə gətirməkdir”.

Gununsesi.info  bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Göründüyü kimi, müxalifətin irəli sürdüyü tezislər əsasən Kremlin siyasi xətti ilə uzlaşır və Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurmağa hesablanıb.

Seçkilərdə iştirak edən “Güclü Ermənistan” partiyasının sədri S. Karapetyan Azərbaycana qarşı problemlər yaradacaqlarını bəyan edir. Baş nazir postuna namizəd R. Koçaryan da eyni ritorikanı davam etdirir. Bundan əlavə, Rusiya eks-prezidenti D. Medvedev, xarici işlər naziri S. Lavrov və digər yüksək vəzifəli şəxslər N. Paşinyana qarşı təhdid və təzyiq xarakterli açıqlamalar verirlər. Ermənistanın “Ukraynanın yolu ilə getdiyini” iddia etmələri Kremlin İrəvana qarşı yeni siyasi təzyiq planına malik olduğunu göstərir.

Rusiya rəhbərliyi faktiki olaraq Ermənistan hakimiyyətinə açıq mesaj göndərir”.

O qeyd edib ki, əgər Avropa İttifaqı və ABŞ Ermənistan hakimiyyətinə yetərli siyasi dəstək verməsə, Moskva N. Paşinyan hakimiyyətini zəiflətməyə və ya dəyişməyə çalışa bilər:

“Proseslərin ciddiliyini nəzərə alan Vaşinqtonun Ermənistan istiqamətində diplomatik fəallığını artırması da diqqət çəkir. Dövlət katibi M. Rubio Ermənistana səfər edəcək. Bu, həm N. Paşinyana siyasi dəstək nümayişi, həm də Moskvanın artan təhdidlərinin qarşısını almağa hesablanmış addım kimi qiymətləndirilə bilər.

ABŞ və Qərb üçün Ermənistanın Rusiyanın tam təsir dairəsinə qayıtmaması strateji məsələdir. Buna görə də Vaşinqtonun N. Paşinyan hakimiyyətinin təhlükəsizliyi və siyasi dayanıqlığının qorunması üçün əlavə addımlar atacağı ehtimalı yüksək görünür”.

Şəbnəm

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 May 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri