Icma.az
close
up
RU
Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?

Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının 2026-cı il parlament seçkiləri üçün tərtib etdiyi namizədlər siyahısında milli azlıq nümayəndəsi kimi Knyaz Həsənov adlı şəxsin adı da yer alıb.

Bəs Knyaz Həsənov kimdir?

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Knyaz Həsənov milliyyətcə yezidi kürddür və Ermənistan yezidi Kürd İcmasının rəhbəridir.

Hazırda Ermənistan parlamentinin deputatı olan bu şəxs Azərbaycana, Türkiyəyə qarşı qatı düşmən mövqeyi ilə tanınır.

O, parlamentdə, efirlərdə, xarici səfərlərdə dəfələrlə Azərbaycanı və Türkiyəni “erməni soyqırımı” aparmaqda ittiham edib. 2020-ci ildə parlamentdə çıxışında Azərbaycanı və Türkiyəni erməni və kürd xalqının qatı düşməni adlandırıb və ermənilərlə kürdləri “vahid düşmənə” qarşı birləşərək amansız mübarizəyə səsləyib.

80 yaşlı Knyaz Həsənov Qarabağ erməni işğalı altında olduğu illərdə dəfələrlə oraya səfərlər edib və separatçı ermənilərlə görüşlər keçirib, separatizmə açıq dəstək verib. Onun 1990-cı illərdə Azərbaycanın rayonlarının işğalı əməliyyatlarına, xüsusən də Kəlbəcərin işğalı əməliyyatına yezidi kürdlərdən ibarət silahlı dəstələri təşkil edib göndərdiyi də bildirilir.

Qeyd edək ki, Ermənistan konstitusiyası parlamentdə milli azlıqların məcburi təmsilçiliyini tələb edir. Hazırkı çağırış parlamentdə Ermənistanın 4 milli azlığından nümayəndələr var və onların üçü “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri