Icma.az
close
up
RU
Paşinyanın GİZLİ PLANI: “Ermənistan Aİ yə deyil, Türkiyəyə doğru irəliləyir” KONKRET

Paşinyanın GİZLİ PLANI: “Ermənistan Aİ yə deyil, Türkiyəyə doğru irəliləyir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Cənubi Qafqazda normallaşma prosesi uzun çəkəcək. Buna səbəb Ermənistan rəhbərliyinin sülhdən yayınmasıdır. İndi Paşinyanın işi-gücü xarici qüvvələrlə əməkdaşlığa getməkdir. Ötən həftə Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Ermənistan Amerika istiqamətində uğursuzluğa düçar olduqdan sonra Ai-ni əldən vermək istəmir.

Paşinyan ötən həftə Aİ-də olub, Avropanın tanınmış siyasətçiləri ilə görüşüb. Orada müxtəlif müzakirələr aparılıb və Ermənistana siyasi dəstəyin verilməsinə nail olmağa çalışan Paşinyan Fransanın köməyindən yararlanmaq niyyətində olduğunu bildirib. Eyni zamanda Münhen Təhlükəsizlik Konfransında iştirak edən Ermənistanın baş naziri Almaniyada erməni diasporu ilə görüşlər keçirib.

“Paşinyan erməni xalqına tezliklə Avropa İttifaqına qoşulmaq haqqında vədlər verir və Rusiyadan xilas olmağın yollarını axtarır.

KONKRET.az xəbər verir ki, bunu müxalifətdən olan deputat Tiqran Abramyan deyib. O, bildirib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Aİ-nin genişlənməsinə dair panel müzakirələri izləyib:

“Əlbəttə, sağlam düşüncəli, ayıq-sayıq insanlar təəccüblənməyəcək, amma deməliyəm ki, iki saata yaxın davam edən müzakirə zamanı Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı heç nə deyilmədi. Heç Paşinyan da həmin panel müzakirələrdə görünmədi. Əvəzində Qərbi Balkanlar- Albaniya, Monteneqro, Serbiya, Moldova və Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı qızğın müzakirələr aparıldı. Hətta Gürcüstanın adı çəkilsə də, Ermənistanla bağlı bir kəlmə də, eyham yox idi. Heç Paşinyanı rəsmi şəkildə də qarşılamadılar. Ermənistan hökumətinin Aİ-yə daxil olmaq “əzmi” İttifaqın rəsmiləri tərəfindən sıfır cavab almaqdadır. Bu da Ermənistanın xarici siyasətdə avantüra yolu ilə getməsini sübut edir. Ermənistan həm xarici orientasiyası, həm inkarçılıq siyasəti, həm də bütün əsas güc mərkəzləri ilə əlaqələrin pozulması fonunda Aİ-yə deyil, əslində Türkiyəyə doğru irəliləyir”, Abramyan vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri