Icma.az
close
up
RU
Paşinyanın ifşa prosesi: Nikol əsas rəqib olan kilsə rəhbərliyini zərərsizləşdirmək niyyətindədir

Paşinyanın ifşa prosesi: Nikol əsas rəqib olan kilsə rəhbərliyini zərərsizləşdirmək niyyətindədir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb. Ermənistan hökumətinin rəhbəri bu yanaşmanın doğru olmadığını bildirib. Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır. Bu, öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “Azərbaycan” və ya “Türkiyə” arqumentlərindən istifadə edəndə ikiüzlülüyün ən birbaşa ifadəsidir. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələr onlara istənilən sağlam diskursu pozmağa, istənilən islahatı dayandırmağa və Erməni Apostol Kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlamağa imkan verir. Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin əsl adı - red.) və onun kimi müqəddəs kilsəmizi ləkələyənlər Ermənistan və Erməni Apostol Kilsəsinin çiçəklənməsini istəməyən istənilən qüvvəyə hədiyyədir. Bəziləri Ktriç Nersisyanı müdafiə edir. Nəyi müdafiə edirsən, kimi müdafiə edirsən? Yalanı, saxtakarlığı, çirkinliyi? Bu yolla özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur. Erməni Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan taxtı boşaltmalıdır”.

Paşinyan yeni katolikos üçün namizədinin olmadığını da sözlərinə əlavə edib. Çoxları iddia edir ki, mənim yeni katolikos üçün namizədim var. Təəssüf ki, katolikosluğa namizədim yoxdur. Amma mənim katolikosun necə olduğu barədə təsəvvür var: Tanrıya inanan, fırıldaqçı olmayan, İsa Məsihin davamçısı, kilsəyə xidmət edən, “mömin və ruhanilik” pərdəsi altında gizlənməyən biri. Bizim dindar və Tanrıdan qorxan bir katolikosumuz olacaq.



Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Paşinyan ilk növbədə dövlət-din münasibətlərini konstitusiya səviyyəsində tənzimləmək istəyir:


“Bildiyiniz kimi, bütün xristian dünyasında, o cümlədən Qərb ölkələrində din dövlətdən ayrıdır və dinin siyasi hakimiyyət üzərində heç bir təsiri yoxdur. Əksinə, tarix boyu din dövlət hakimiyyətinin siyasətinə dəstək verən tamamlayıcı bir ünsur kimi istifadə olunub. Bu yanaşma yalnız xristianlıqda deyil, yəhudilikdə, islamda və digər dinlərdə də mövcuddur. Ancaq Ermənistanda vəziyyət fərqlidir. Ermənistanda kilsə və onun rəhbərliyi Katolikos siyasi hakimiyyət üzərində ciddi təsir imkanlarına sahibdir. Həm xalqı arxasınca aparmaq, həm də siyasi qərarlara təsir etmək baxımından kilsənin mühüm rolu olub. Xaricdəki erməni diasporlarının maliyyə yardımları və digər dəstəkləri də kilsənin təsir imkanlarını artırıb. Bu səbəbdən istənilən siyasi hakimiyyət, kilsə ilə bütün məsələlərdə razılaşmaq məcburiyyətində qalıb. Təbii olaraq, kilsə də bu gücdən öz maraqları üçün istifadə edib. Bir çox cinayət xarakterli maliyyə sövdələşmələri baş verib ki, bu faktlar artıq Paşinyan hökumətinin əlində dosye şəklində mövcuddur. Hazırda isə bu təsiri aradan qaldırmaq üçün Paşinyan ifşa prosesinə başlayıb. Bildiyiniz kimi, ötən il keşiş Baqratın rəhbərliyi altında etiraz dalğası başladı və bu prosesin arxasında Ermənistan Apostol Kilsəsi dayanırdı. Etirazların arxasında Katolikos II Qareginin şəxsiyyəti dururdu. Bunu Nikol Paşinyan yaxşı bilirdi, baxmayaraq ki, bütün müxalif və revanşist qüvvələr bu etirazlara dəstək verirdi. Ancaq etirazları təşkil edən, yönləndirən əsas qüvvə məhz kilsə idi. Əgər keşiş Baqratın başlatdığı proses hakimiyyətin devrilməsi ilə nəticələnsəydi, Ermənistan da Vatikan kimi bir ölkəyə çevriləcəkdi. Yəni dinin rəhbəri, faktiki olaraq dövlət rəhbərinə çevriləcəkdi. Bu hadisələrdən sonra Nikol Paşinyan kilsənin açıq şəkildə mövcud hakimiyyətə qarşı düşmənçilik mövqeyi tutduğunu anlayıb. Eyni zamanda Paşinyan çox yaxşı bilir ki, Ermənistan Apostol Kilsəsinin rəhbərliyi Rusiya tərəfindən idarə olunur”.



Ekspert söyləyib ki, 2026-cı il parlament seçkiləri öncəsi kilsənin də müdaxilə edə biləcəyi yeni bir etiraz dalğası başlaya bilər:

“Bu baxımdan Paşinyan əsas rəqib və ideoloji güc mərkəzi olan kilsə rəhbərliyini zərərsizləşdirmək niyyətindədir.

Paşinyan çox önəmli bir məqamdan yapışıb. Çünki kilsə rəhbərliyində subaylıq andı deyilən anlayış var. Bu insanlar özlərini Tanrıya həsr etdiklərini iddia edərək evlənmir, ailə qurmur və övlad sahibi olmurlar. Lakin bu andın pozulduğu halların olduğu ortaya çıxıb. Bu and təkcə Katolikos Qaregin tərəfindən deyil, arxiyepiskoplar və ətraflarındakı keşişlər tərəfindən də kobud şəkildə pozulub. Bu isə kilsənin təməl prinsiplərinə ziddir. Yəni, özlərini müqəddəslər kimi təqdim edən şəxslər əslində xalqın hisslərindən sui-istifadə edən, yalançı və manipulyativ şəxslər kimi çıxış ediblər. Bu müqəddəslik görüntüsündən istifadə edərək müxtəlif maliyyə fırıldaqları ilə məşğuldurlar. İndi isə Nikol Paşinyan bu faktları ifşa etməyə çalışır. Bu səbəbdən cəmiyyət daxilində gerçəkləri öyrəndikcə təəccüblənən və dəyişiklik istəyənlərin sayı artır. Paşinyan da bu imkandan istifadə edərək, 2026-cı il parlament seçkiləri öncəsi öz rəqiblərindən qurtulmağa çalışır. Əgər kilsə rəhbərliyi könüllü şəkildə bu prosesə tabe olmazsa, onların cinayət xarakterli fəaliyyəti ifşa edilərək hüquqi müstəviyə çıxarılacaq. Burada söhbət təkcə Katolikos II Qaregindən getmir, onun bütün ətrafı bu prosesin hədəfindədir. Beləliklə, Paşinyan Rusiyanın Ermənistandakı ən güclü təsir vasitələrindən birini neytrallaşdırmağa çalışır. Bu da növbəti seçkilərdə Paşinyana üstünlük qazandıra bilər. Buna paralel olaraq, yeni konstitusiya dəyişiklikləri ilə hökumət artıq kilsə rəhbərliyinin seçilməsində də iştirak edəcək. Yəni hökumətin bildiyi şəxslər, dövlət prinsiplərinə uyğun insanlar kilsə rəhbərliyinə gətiriləcək. Beləliklə, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənəcək və bu da suveren, müstəqil Ermənistan ideyasına xidmət edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see206

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see163

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see155

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see132

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see131

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri