Icma.az
close
up
RU
Nikol Paşinyanın sülh köklənişi

Nikol Paşinyanın sülh köklənişi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erməni “maraqlar”ının tələb etdiyi nədir, Baş nazirin düşündüyü nə?

“Azərbaycanda saxlanılan erməni məhbuslar”. ABŞ konqresmenlərinin və Avropa Parlamentinin səfeh deputatlarının son vaxtlar məsələ ətrafında isterik durum formalaşdırmağa cəhd göstərdikləri diqqətdən yayınmır. O da məlumdur ki, bu oyunbazlıq erməni lobbi və diaspor təşkilatlarının sifarişidir. Onların təmsilçiləri Ermənistanın Azərbaycanla sülh prosesini əngəlləməyə çalışır, rəsmi İrəvanın ümumi şəkildə qabartdığı “erməni məhbuslar” məsələsi ilə bağlı konkretləşdirmə aparırlar. Yəni xəstə avantürislər toplusu Baş nazir Nikol Paşinyanı, öz aləmlərində, fakt qarşısında qoymaq istəyirlər.

Ola bilər, Fransanın RFI radiosunun jurnalisti də ona müsahibə verən Nikolun durumunu çətinləşdirmək fikrinə düşmüşdü. Çünki jurnalist Baş nazirdən sərsəm erməni maraqları baxımından beynəlxalq gündəmə zorla sırınan məhbus şousu barədə soruşmuşdu. Soruşmuşdu ki, Ermənistan dövləti Bakıda dəmir barmaqlıqlar arasında yaşamağa məhkumların azadlığa çıxmaları üçün, habelə itkin düşmüşlərin taleyi ilə bağlı hansı işləri görür? Yeri gəlmişkən, sualda Azərbaycan hərbçisinin qarşı tərəfə keçməsi seqmenti də yer almışdı.

Belə qoyuluş sülh mühitini şübhələndirmək məramını ortaya qoyur. Ancaq daha önəmlisi Paşinyanın cavabıdır. Baş nazirin cavabı ona görə maraqlıdır ki, o, detallara yox, ümumi mənzərəyə köklənir. Paşinyan Azərbaycanla sülhün artıq qərarlaşdığını vurğulayır: “Əvvəla, mən nikbinəm, çünki artıq dediyim kimi, sülh bərqərar olub. Başqa sözlə, bu gün heç kim Ermənistanla Azərbaycan arasında münaqişənin mövcud olduğunu iddia edə bilməz. 1991-ci ildən etibarən Ermənistanla Azərbaycan arasında hər il baş verən atışmalar nəticəsində ölənlər və yaralananlar olub. Təsəvvür edin, 1991-ci ildən 2025-ci ilədək hər il ölənlər və yaralananlar var idi. İndi isə artıq iki ildir ki, ölən və yaralanan yoxdur. Məgər bu, nikbin olmaq üçün əsas deyil?”

Əlbəttə, erməni tərəfinin nikbinliyi üçün bir çox məqamlar mövcuddur. Eləcə də Azərbaycan rəsmiləri sülh mühitinin formalaşmasından məmnunluqlarını dilə gətirirlər. Məmnunluq ona görə var ki, tərəflər bir-biriləri ilə müzakirə apara bilirlər. Müzakirələrin, qarşılıqlı təmasların nəticəsidir ki, Ermənistanla Azərbaycan arasında sərhədin konkret hissəsində delimitasiya artıq həyata keçirilib və sərhədyanı kəndlər sülh şəraitində yaşayırlar. Paşinyan müsahibəsindəki suala cavabında, konkret olaraq, bu məqamın üzərində dayanıb.

Azərbaycan hərbçisi ilə bağlı insidentə gəlincə, Baş nazir, ilk növbədə, atəş açılması məsələsini bir anlıq kənara qoymağın tərəfdarıdır: “Bu müddət ərzində, daha geniş götürsək, son 30 ildə hər iki tərəfin hərbçilərinin dumanlı havada və ya başqa səbəblərdən yolu azaraq, Ermənistan ərazisindən Azərbaycana və ya Azərbaycan ərazisindən Ermənistana keçdiyi onlarla hal olub. Həmin insidentin sülhlə heç bir əlaqəsi yoxdur və o, heç bir şəkildə sülhü şübhə altına ala bilməz”.

Qeyd edək ki, hazırda Ermənistan müxalifətinin, eləcə də xaricdəki ermənipərəstlərin uydurdaqları ssenaridə Azərbaycan hərbçisi, az qala, terrorçu səviyyəsinə qaldırılır və müxtəlif konsprioloji baxışlarla həmin hərbçinin, guya, məqsədli şəkildə Ermənistanln içərilərinə yeridildiyi fikri önə çəkilir. Üstəlik, ölkənin təhlükəsizliyinə təhdidin mövcudluğu fikri də aşılanır. Ayının min oyunu bir armudun başında olduğu kimi, hay müxaliflər də bu sayaq təqdimatlarla sülhün mümkünsüzlüyü ideyasını yayırlar.

Əlqərəz, jurnalistin Bakıda saxlanılan ermənilərin taleyi barədə konkret sualına birbaşa cavab verməyən Paşinyan həmin şəxslərin azad olunmaları, onların məsələsinin Azərbaycanla danışıqlarda müzakirəsi və ya itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün atılan addımlar barədə açıqlama vermədən, sülhün mövcudluğuna köklənir və fikrini mövcud istiqamətdə əsaslandırmağa çalışır. Bu əsaslandırmalar fonunda düşünülə bilər ki, rəsmi İrəvan qeyd edilən məsələlərə münasibətdə biganədir. Amma belə deyil.

Yada salaq ki, bu ilin əvvəlində Ermənistan iqtidarı Bakıda saxlanılan ermənilərin geri qaytarılmalarını prioritet vəzifə kimi elan etmişdi. Lakin o da məlumdur ki, bu ritorika Azərbaycan dövləti tərəfindən sərt qarşılanmışdı. Çünki məhbus kimi qələmə verilən, hətta son günlər siyasi məhbus prizmasından dəyərləndirilən ermənilər, əslində, müharibə caniləri və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirən şəxslərdir və onlar barədə çıxarılmış məhkəmə hökmləri tam ədalətlidir. Ən azından ona görə ki, həmin haylar Qarabağdakı keçmiş separatçı rejimdə oyuncaq vəzifələr tutub və bu statusları ilə qürrələnərək, Azərbaycan xalqının heysiyyatına toxunublar.

Bu kimi özbaşınaqlıqlar cəzasız qalmamalıdır və qalmır da. Heç şübhəsiz, Paşinyan adminstrasiyası da bildirdiklərimizin fərqindədir. Deməli, erməni iqtidarına, belə demək mümkünsə, sülhdən möhkəm yapışmaq lazımdır. Erməni cəmiyyətini hansısa formada düşündürən məqamlarla bağlı məhz barış ritorikasına istinadən hərəkət vacibdir. Erməni cəmiyyətini isə böyük ölçüdə olmasa da, Bakıdakı erməni məhbuslar düşündürür. Yaxud məsələni belə təqdim edən və onu Paşinyana və komandasına qarşı alətə çevirənlər var.

Sonda ümumiləşdirmə apararaq belə qənaətə gəlmək olar: tam mümkündür ki, N.Paşinyan bütün suallara cavabında sülhün üzərinə gəlməklə, məhz barış ritorikası ilə problemlərin həllinə inanır. Ümid isə sonda ölür, - deyirlər. Hərçənd doğulmadan ölən arzular var ki, onların ümidə çevrilmələri də mümkünsüzdür. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

Əvəz RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri