Icma.az
close
up
RU
Paşinyanın “müharibə qaçılmazdır” açıqlamasının PƏRDƏARXASI: İrəvanın planı nədir? KONKRET

Paşinyanın “müharibə qaçılmazdır” açıqlamasının PƏRDƏARXASI: İrəvanın planı nədir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paşinyan partiya fraksiyası ilə qapalı görüş keçirib. Görüşdə baş nazir partiya üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, Azərbaycan isə dəhliz tələbindən əl çəkmir. Paşinyan deyib ki, Ermənistan bundan imtina etsə, müharibə qaçılmaz olacaq. Paşinyan xalqı müharibə ilə qorxudur, qapalı iclasda da partiyadaşlarına tapşırıb ki, müharibə ehtimalını insanlar arasında yaysınlar. Bəs görəsən, real müharibə ehtimalı varmı? Ümumiyyətlə, Paşinyanın bu cür fikirlərinin arxasında hansı məqamlar dayanır?

Mövzunu “KONKRET.az”a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu gün Paşinyan elə bir siyasi savadsızlığın və yalanın içərisinə düçar olub ki, o, təkcə beynəlxalq ictimaiyyəti aldatmaqla kifayətlənmir, eyni zamanda öz daxili auiditoriyasına da yalan söyləyir:

Tural İsmayılov

“Ermənistan hakimiyyəti ictimai rəylə manipulyasiyanı davam etdirir. Faktiki olaraq bu gün Ermənistan müstəqil xarici siyasət həyata keçirə, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir. Bunun fonunda Ermənistana təsir rıçaqları və imkanları kifayət qədər daralmış vəziyyətdədir. Paşinyan yaxşı anlayır ki, sülh müqaviləsi imzalanmadan və Türkiyə ilə sərhədlər açılmadan hansısa dövlətlərarası münasibətləri bərpa etmək mümkün deyil. Lakin buna baxmayaraq Fransa və digər havadarlarının təzyiqi ilə İrəvan vəziyyəti gərginləşdirir. Bütün bunların fonunda Ermənistan ictimai rəyində savaş ritorikasının üstün olmasına çalışır. Əlbəttə, Paşinyan özü də yaxşı başa düşür ki. onu qızışdıranlar Ermənistana rifah deyil, qeyri-sabitlik gətirir. Onlar Ermənistandan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə edirlər. Faktiki olaraq Paşinyan da 10 noyabr bəyanatının müddəaları, Zəngəzur dəhlizinin açılması ilə bağlı məqamlar və digər situasiyalarla lazım olan addımı atmır. Bu da vəziyyəti gərginləşdirir. Hərçənd Azərbaycan Ermənistanla müharibə aparmaq fikrində deyil və əksinə sülh təklifləri irəli sürür. Ancaq təəssüf ki, Ermənistanın atdığı addımlar müharibəyə yönəlir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri