Icma.az
close
up
RU
Simonyanın açıqlamasının PƏRDƏARXASI KONKRET

Simonyanın açıqlamasının PƏRDƏARXASI KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə mediasında ciddi rezonans doğuran növbəti etirafı səsləndirib. O, “ArmComedy” podkastına müsahibəsində Ermənistanın müxtəlif sahələrdə ümumilikdə 110 kv.km Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib. Bu açıqlama, xüsusilə Azərbaycanın hələ də işğal altında olan anklav kəndləri fonunda geniş müzakirələrə səbəb olub. Maraqlıdır, Azərbaycanın işğal altında olan kəndləri və digər ərazilər kontekstində bu açıqlama hərbi balansı dəyişdirə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Simonyanın etirafı real hərbi balansdan daha çox, Azərbaycan-Ermənistan danışıqlarında paralel proseslərin yetişdiyinin göstəricisidir.

Politoloq qeyd edib ki, hazırda sülh sazişinin əsas mətnindən kənarda iki mühüm məsələ paralel şəkildə müzakirə olunur:

1.TRİP (Tramp yolu) – Zəngəzur dəhlizi istiqamətində kommunikasiyaların açılması,

2.Ermənistanın işğalı altında qalan Azərbaycanın 3 anklavında yerləşən 4 kəndin azad olunması.

“Simonyanın açıqlaması hərbi balansı dəyişdirmək niyyəti daşımır, əksinə, bu məsələlər üzrə irəliləyişin qaçılmaz olduğunun Ermənistan rəhbərliyi tərəfindən qəbul edildiyini göstərir”.

Politoloq xüsusilə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması, Bakı–İrəvan dəmir yolunun işə salınması və üçüncü ölkələrdən gələcək yüklərin bu marşrutdan istifadəsi üçün Azərbaycanın Naxçıvan istiqamətində yerləşən anklav ərazisinin işğaldan azad olunması əsas şərt kimi qalır.

“Paşinyan da son çıxışlarında dəhlizin açılması üçün məhz sərhədlərin delimitasiya və demarkasiyasının tamamlanmasının vacibliyini qeyd edib. Bu isə həm istifadəçilər, həm də həmin ərazilərdə tikinti aparacaq xarici şirkətlər üçün hüquqi dəqiqliyin təmin olunması deməkdir”.

Taleh Əliyev hesab edir ki, xüsusilə Kərki kəndinin azad olunması həm sülh danışıqları çərçivəsində, həm də TRİP dəhlizinin işə düşməsi baxımından zəruridir. Çünki dəmir yolunun hansı hissəsinin Azərbaycanın anklav ərazisindən keçdiyi beynəlxalq tərəfdaşlar üçün də aydın olmalıdır.

Politoloq prosesləri belə qiymətləndirib:

“Burada hərbi balansın dəyişməsindən deyil, tərəflər arasında sülh danışıqlarının intensivləşməsindən və qarşılıqlı etimad quruculuğundan danışmaq daha doğru olardı.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri