Paşinyanın planının şifrələri bəlli oldu Saziş imzalayır
Icma.az, News24 portalına istinadən məlumat verir.
Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır. O, əvvəlcə parlamentdə Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq etdirib.
News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ikinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalanır.
"Yəqin növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etdiyini açıqlaması olacaq. İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır", - deyə o əlavə edib.
E.Şahinoğlunun sözlərinə görə, Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq.
"İrəvanın bu oyununu pozmalıyıq. Rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və Avropa İttifaqı ilə dialoq kanallarını açıq tutmalıyıq", - deyə o bildirib.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















