Icma.az
close
up
RU
Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?

Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Paşinyanın erməni keşişləri “subaylıq andını pozmaq”da ittiham etməsi ilə başlanan hakimiyyət-kilsə qarşıdurması Ermənistanın əsas gündəminə çevrilib. İşğal və revanşizm ideologiyasının kilsədən qaynaqlandığını nəzərə alsaq, bu mübarizənin nəticələri Azərbaycan üçün də maraqlıdır.

Erməni baş nazirin kilsə ilə qarşıdurması 2018-ci ildən – hakimiyyətə gəlişindən sonra başlayıb. Əsas motiv erməni kilsəsinin Ermənistan dövlətindən daha güclü olması və dəstəklədiyi ideologiya ilə Paşinyanın “yeni Ermənistan” konsepsiyasının ziddiyyət təşkil etməsidir. İndiyə qədər zaman-zaman qarşılıqlı hücumlar baş verib.

- Hakimiyyət kilsənin imtiyazlarına – torpaq mülkiyyəti və mühafizəsinə əl qoymağa, eləcə də mübahisəli kilsə tarixini gündəmə gətirməyə çalışıb.

- Kilsə hakimiyyətə qarşı həmlələri daha çox siyasi qüvvələrin arxasında dayanmaqla həyata keçirib, eyni zamanda, 44 günlük müharibədən sonra Paşinyana qarşı kampaniyaya açıq dəstək verib.

Hərçənd, Ermənistanda müxalif qüvvələrin effektsiz fəaliyyəti kilsəni siyasi mübarizəyə aktiv şəkildə qoşulmasına zəmin yaratdı və Tavuşdan başlanan keşiş Baqratın küçə hərəkatı Paşinyana qarşı mübarizəni açıq müstəviyə keçməsi idi. Hərəkatın ən aktiv dövründə hadisələri səssiz izləyən Paşinyanın indi kilsəni hədəfə alması revanş gedişi kimi qəbul oluna bilər. Lakin revanş addımının niyə indi atılması fərqli səbəblərdən qaynaqlanır.

Birincisi, Rusiyanın regiona qayıtmaq cəhdləridir.

Ukrayna ətrafında danışıqlar prosesinin başlanması ilə bölgəyə qayıtmağa çalışan Rusiyanın ilk növbədə ən çox “qan itirdiyi” Ermənistanda mövqelərini bərpa etmək istəkləri müşahidə edilir. Moskva buna nail olmaq üçün təkcə hakimiyyətlə əməkdaşlığı sıxlaşdırmır, həm də müxalif qüvvələri hərəkətə keçirərək, rəsmi İrəvanın siyasətinə təsir etmək istiqamətində də işləyir. Bu prosesdə Paşinyanın hakimiyyətinə Koçaryan və Sarkisyanın liderlik etdiyi, daxili qarşıdurmada olan siyasi müxalifətdən daha çox keşiş Baqratın hərəkatına Rusiyanın dəstəyini təmin edə biləcək kilsə təhlükə yarada bilər. Moskva və erməni kilsəsini Paşinyana qarşı ortaq maraqlar birləşdirir.

İkincisi, Azərbaycanla sülh danışıqlarıdır.

Müxalifətin “Yeni Ermənistan” konsepsiyasından çıxış edən Paşinyanın istədiyi şərtlərdə sülhün əldə edilməsinə qarşı müqavimət həlledici gücdə olmasa da, kilsənin vəziyyəti dəyişmək və mümkün razılaşmalara qarşı müqaviməti gücləndirmək potensialı mövcuddur.

Üçüncüsü, 2026-cı ildə Ermənistanda gözlənilən seçkilərdir.

Müxalifətin seçkilərə ciddi hazırlaşması fonunda kilsənin dəstəyi hakimiyyətə problemlər yarada bilər. Əsas risk kilsənin diasporu birləşdirərək, Paşinyanın dəstəkçilərinin olduğu Qərb ölkələrinin də rəyinə təsir edə bilməsi imkanlarıdır. Ermənistan mediasının məlumatlarına görə, seçkilərə hazırlıq məqsədilə II Qareginin xeyir-duası ilə 10 nəfərlik qruplar yaradılır.

Hər üç səbəb bir-birinə bağıdır və kilsənin “siyasi döyüşə” girəcəyi gözləntiləri fonunda Paşinyanın hərəkətə keçməsi də vəziyyətin nəzarətdən çıxma təhlükəsini önləmək məqsədi daşıyır.

Bütün bunlarla yanaşı, məsələnin qanunvericilik tərəfi də var. “Ermənistan respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər” haqqında qanunla edilməsi gözlənilən dəyişikliklər kilsənin muxtariyyətinin tanınması ilə nəticələnəcək. Ermənistan hakimiyyəti kilsəyə bu imtiyazı tanımaq istəmir, yaxud ən azı hakimiyyətin nəzarətindən kənarda qalan mövcud rəhbərliyi dəyişmədən buna getmək istəmir. Erməni keşişlərin “müqəddəslik” örtüyünün açılmasına hesablanmış kampaniyanın hədəfi budur.

Hərçənd, müxalifətdən fərqli olaraq, Ermənistanda ən mütəşəkkil struktur olan kilsə üzərində nəzarəti əldə etmək asan deyil. Bu baxımdan, Paşinyan hakimiyyəti kilsə rəhbərliyini ifşa etməklə onların siyasi proseslərdə cəmiyyətə təsir imkanlarını zəiflətməyə çalışacaq və istisna deyil ki, mübarizənin gedişində keşişlərin əxlaqsızlıqlarının isbatları da gündəmə gələcək.

Asif Nərimanlı
publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri