Icma.az
close
up
RU
Paşinyanın qəribə paylaşımları Nəyə hazırlıq görür?

Paşinyanın qəribə paylaşımları Nəyə hazırlıq görür?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Nikol Paşinyanın son dövrlərdə sosial şəbəkələrdə daha qeyri-adi, bəzən populist və emosional paylaşımlar etməsi müzakirə mövzusuna çevrilib. Bəzi müşahidəçilər bunu onun seçkiqabağı kampaniyasını gücləndirməsi, digərləri isə hakimiyyət daxilində artan təzyiqlərə cavab verməsi kimi şərh edir. Xüsusilə kilsə ilə gərginlik və daxili müxalifətin aktivləşməsi fonunda bu paylaşımlar onun mövqeyini möhkəmləndirməyə yönəlmiş siyasi kommunikasiya kimi dəyərləndirilir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Paşinyan son vaxtlar öz açıqlamaları ilə praqmatik mövqedən çıxış etdiyini nümayiş etdirir:
"İlk növbədə bəyan edir ki, Ermənistan artıq başqalarının alətinə çevrilməməlidir və öz maraqları üçün siyasət yürüdən ölkə olmalıdır. Bu da onu göstərir ki, Paşinyan Ermənistanı Rusiyadan tamamilə uzaqlaşdırmaq niyyətində ciddi şəkildə israrlıdır. Paşinyan hakimiyyəti hesab edir ki, Ermənistanın indiki problemlərinin böyük əksəriyyəti bu ölkənin, yəni Ermənistanın Rusiya üçün forpost rolunu oynaması ilə bağlıdır. Məhz Rusiyanın forpostu olması Ermənistan və Azərbaycan arasındakı münasibətlərin həmişə hərbi gərginlik səviyyəsində qalmasına səbəb olub. Onilliklər boyu Ermənistan Rusiyanın təlimatı ilə Cənubi Qafqazda hərbi gərginliyi ən yüksək səviyyədə saxlamağa cəhd göstərib.
Ancaq Paşinyan hakimiyyəti bütün bunları dəyişməyə üstünlük verir. Hesab edir ki, Azərbaycanla sülh, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın inkişaf perspektivlərinin önünü aça bilər. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla hərbi təhlükəsizlik problemini birdəfəlik həll edə bilər və Qərbə inteqrasiya yolunda daha effektiv addımlar ata bilər".
Politoloq deyib ki, Paşinyan bəyan edir ki, Azərbaycan və Ermənistan arasında sülhün təminatında hansısa kənar vasitəçinin və ya qurumun qarant rolunu oynamasına ehtiyac yoxdur:
"Burada əsas vurğu ondan ibarətdir ki, münasibətlər normallaşarsa və hazırda ilk addımları atılan iqtisadi-ticarət əlaqələri yüksək səviyyəyə çatdırılarsa, sülhün təminatı iki ölkənin birbaşa əməkdaşlığı ilə mümkün ola bilər. Yəni Paşinyanın fikrincə, iqtisadi-ticarət münasibətləri sülhün əsas qarantı rolunu oynaya bilər. Bu da praqmatik və realist yanaşma kimi qiymətləndirilir.
İndiyə qədər Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın əsas səbəblərindən biri kimi Ermənistanın Rusiyanın təlimatlarına uyğun hərəkət etməsi göstərilir. Əgər bundan sonra Ermənistan Rusiyanın təsirindən uzaqlaşıb Azərbaycanla hərbi qarşıdurma yolunu seçməzsə, sülh prosesi də daha böyük uğur qazana bilər. Beləliklə, iki ölkə arasında sabit münasibətlərin formalaşması, iqtisadi-ticarət əlaqələrinin inkişafı və qarşılıqlı fayda imkanlarının genişlənməsi mümkün ola bilər.
Yəni, Paşinyan seçkiqabağı dövrdə seçicilərinə sülh və sabitlik mesajları verir. Təbii ki, buna qarşı Ermənistanda kifayət qədər ciddi müqavimət qüvvələri mövcuddur. Rusiyaya yaxın qruplar fərqli, yəni gərginliyin davam etməsində maraqlı olduqlarını gizlətmirlər. Belə görünür ki, növbəti parlament seçkilərində məhz bu iki cinah arasında kəskin siyasi qarşıdurma gözlənilir və Paşinyan cəmiyyətə sülh və sabitlik seçimini təklif edir",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri