Paşinyanın REYTİNQİ ZƏİFLƏDİ: “Həmin sorğunun nəticəsi inandırıcı deyil”
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənilər məhz Paşinyana görə bu gün müharibənin olmadığını yaxşı başa düşürlər”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanda “MPG/Gallup International Аssociation” tərəfindən Baş nazir Nikol Paşinyanın reytinqi ilə bağlı keçirilən sorğunun nəticəsini şərh edən seçki texnoloqu Vəli Əlibəyov deyib.
O, sorğunun nəticəsində Paşinyanın zəif reytinqini qiymətləndirərkən söyləyib ki, keçmiş sovet ölkələrinin sorğularında göstərilən rəqəmlərin obyektivliyinə inanmır:
“Bu sorğunu keçirənlərin hansı qüvvələrə xidmət etdiyi bilinmir. Ona görə də məlum olan nəticələrin obyektivliyi sual altındadır. Paşinyanın erməni cəmiyyətində nüfuzunu öyrənmək üçün onun komandası sorğu keçirsəydi, onda tamam fərqli nəticə ilə qarşılaşardıq. Bəlkə də sorğuda iştirak edənlərin 70-80%-i ona etibar etdiyini deyərdi”.
“Elə müşahidələrə görə də Paşinyanın hazırda erməni cəmiyyətində nüfuzunun olduğunu söyləmək mümkündür. Çünki onlar məhz Paşinyana görə bu gün müharibənin olmadığını yaxşı başa düşürlər. Qarabağ məsələsi artıq həll olunub. Bu amilləri nəzərə aldıqda, həmin sorğunun nəticəsi inandırıcı deyil. Sadəcə bunu parlament seçkiləri ərəfəsində baş verən siyasi oyun kimi də qiymətləndirmək mümkündür. Yəni ictimai rəyə təsir etməkdən başqa bir şey deyil”, – deyə o fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Mart 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















