Fransanın qlobal kredit reytinqi zəiflədi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Beynəlxalq reytinq agentliyi S&P Global Ratings Fransanın suveren kredit reytinqini A+/A-1 səviyyəsində təsdiqləsə də, ölkə üzrə proqnozu mənfiyə dəyişib.
KONKRET.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, bu qərar orta müddətli perspektivdə ölkənin kredit reytinqinin daha da aşağı salınması riskini artırır.
Amerikanın reytinq agentliyi qərarını iqtisadi artım perspektivlərinin zəif olması fonunda dövlət borcunun artması ilə əsaslandırıb. Fransanın rəsmi statistika qurumu INSEE-nin cümə günü açıqladığı məlumatlara əsasən, ölkə iqtisadiyyatı texniki resessiyaya daxil olub.
S&P dövlət maliyyəsinin sabitləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Agentlik, həmçinin 2027-ci il prezident seçkilərindən sonra siyasi parçalanmanın davam etməsi riskinin yüksək olduğunu bildirib. Bunun da iqtisadi artıma mənfi təsir göstərə biləcəyi qeyd olunub.
Agentliyin proqnozuna görə, Fransanın dövlət borcu gələn il də artmaqda davam edəcək. Bundan əlavə, Parisin kreditorlara ödədiyi faiz xərclərinin 2029-cu ilədək tədricən yüksələcəyi gözlənilir.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 28 Noyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















