Paşinyanın rus dili öyrənməsinə Rusiyadan reaksiya
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rus dilinə maraq göstərməsi sevindirməyə bilməz.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin müşaviri Yelena Yampolskaya deyib.
“İrəvandakı Moskva Evi gələn həftədən rus dili üzrə pulsuz kurslar keçəcəyi barədə elan verib və bir çox Ermənistan vətəndaşının bu kurslarda iştirak edəcəyinə əminliyini ifadə edib. Yeri gəlmişkən, ötən həftənin sonunda Ermənistanın baş naziri hazırda rus dili dərslərinə getdiyini bildirib. Ümumilikdə, belə maraq sevindirməyə bilməz. Lakin bu açıqlama ötən həftə keçirilən ŞƏT sammitində MDB ölkələrinin liderləri arasında rus dilində çıxış etməyən yeganə şəxsin Paşinyan olması nəzərə alınarsa, gözlənilməz görünür. Amma görünür, o, hələ də rus dili olmadan keçinə bilmir”, - o bildirib.
Qeyd edək ki, Ermənistanda keçirilən hökumət iclasında Paşinyan Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərinə qatıldığını elan dib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 24 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















