Icma.az
close
up
RU
Paşinyanın sərtləşən ritorikası: kimə xidmət edir?

Paşinyanın sərtləşən ritorikası: kimə xidmət edir?

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Moskva səfərindən sonra Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirdi. O, Azərbaycanın mövqeyini günahlandırmaqla əslində öz sabotajını pərdələməyə çalışır. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Paşinyanın addımları çox vaxt regional maraqlar deyil, xarici mərkəzlərin diktəsi ilə formalaşır.

Müşahidəçilərin fikrincə, Vladimir Putinin Moskvada Paşinyana “qırmızı xətt”ləri açıq göstərməsi və müəyyən məhdudiyyətlər qoyması, Ermənistan rəhbərinin siyasətindəki ikili oyunu daha da üzə çıxardı. ABŞ və Avropanın təsirini nümayiş etdirmək üçün Brüssel və Parisdə Avropa yolundan danışan Paşinyan, əslində Moskvada tamamilə fərqli ritorika sərgiləyir.

Avropa İttifaqına inteqrasiya barədə pafoslu bəyanatlar, yaxud Rusiyadan uzaqlaşma görüntüsü isə sadəcə maskadır. Paşinyan həm daxili auditoriyanı, həm də Qərb dairələrini aldatmaqla mövqeyini gücləndirməyə çalışır. Amma əslində o, hələ də Moskvanın təsir orbitindən çıxa bilməyib.

Təsadüfi deyil ki, 9 may Qələbə Günündə Moskvada keçiriləcək paradda Ermənistan baş nazirinin “qonaq” qismində iştirak etməsi bir daha göstərir ki, Paşinyan “Rusiya ilə əlaqələri kəsən lider” obrazı qurmağa çalışsa da, real siyasətdə o, əksinə, balanslı şəkildə Moskvaya bağlı qalır və “göndərilmiş kazak” funksiyasını oynayır.

Əslində, Paşinyanı hazırda maraqlandıran yeganə məsələ Zəngəzur bölgəsində sərhədin demarkasiyası və delimitasiyasıdır. Bu isə Ermənistan hakimiyyətinin regionun böyük layihələrinə real şəkildə qoşulmaqdan yayınması, daha çox vaxt udmaq strategiyasının göstəricisidir.


Ayxan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri