Icma.az
close
up
RU
Paşinyanın vəzifələrə təyinat üçün inandığı şəxslər azdır AÇIQLAMA

Paşinyanın vəzifələrə təyinat üçün inandığı şəxslər azdır AÇIQLAMA

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağdan Ermənistana qaçan və hələ də İrəvanda fəaliyyət göstərməyə cəhd edən keçmiş separatçı rejimin qalıqları özlərinə yeni “lider” seçməyə hazırlaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, keçmiş separatçı rejimin sonuncu “başçısı" Samvel Şahramanyanın “səlahiyyət müddəti” başa çatır. Separatçıların qalıqları qondarma “prezident seçkilərini” keçirə bilmədiyi üçün “parlamentləri” yeni “prezident” seçəcək. Şahramanyanın istefasından 7 gün sonra “namizədlər” irəli sürülməlidir. Şahramanyanın özü yenidən “başçı” olmağa tərəddüd edir.

“Hraparak” nəşri yazır ki, separatçılar arasında Samvel Babayanın “namizədliyini” irəli sürmək təklifləri olsa da, o da “başçı” olmaq istəmir:

"Yeni fiqurun adı hallanır. Söhbət “ərazi idarəetmə və infrastruktur naziri” olmuş Hayk Xanumyandan gedir".

H.Xanumyan 1984-cü ildə İcevan (tarixi adı Karvansaray) rayonunda doğulub. İşğal dövründə Qarabağda fəaliyyət göstərmiş separatçıların “liderləri” əsasən SSRİ vaxtı bu bölgədə doğulanlar idi. Bu baxımdan, icevanlının separatçılara “liderlik” etməsi diqqət çəkir. Digər diqqətçəkən məqam isə Xanumyanın Paşinyanın yerlisi olmasıdır.

Hərbi ekspert Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanda baş verən proseslərə bir az dərindən baxmaq lazımdır.

Ekspert vurğulayıb ki, keçmiş qondarma qurumun tör-töküntüləri rus sülhməramlılarının əliylə İrəvana qaçmış yaramaz Şahramanyanı dəyişmək istəyirlər:

"Bununla yanaşı, Köçəryan və Sarkisyan faktoru da qabardılır. Bütün bunlar hamısı kompleks şəkildə Nikol Paşinyana qarşı yönəlmiş addımlardır”.

Müsahibimiz hesab edir ki, buna sadəcə Ermənistanın daxilindən qaynaqlanan proses kimi baxmaq lazım deyil:

“Çünki Paşinyan çox kritik dönəmlər keçib. 44 günlük savaşda Ermənistan ordusu darmadağın oldu, uduzdu, kapitulyasiya sənədini imzaladı. Bu gün də ordunu düz-əməlli formalaşdıra bilmirlər. Müxtəlif ölkələrdən - Hindistan, Yunanıstan, Cənubi Koreya, Rusiyadan silahlar alırlar. Xatırlayırsızsa, Ermənistan keşiş Baqratyanın etiraz hərəkatları var idi. Keşiş Qazaxın 4 kəndi Azərbaycana qaytarılarkən "ölərik, buradan çıxmarıq" deyirdi. Təbii ki, nəticə olmadı. Demək istəyirəm ki, Paşinyan çox kritik dönəmləri arxada qoyub. Amma baş nazirin idarəetmədə ciddi kadr problemi var. Kritik vəzifələrə təyinat üçün etibar etdiyi və inandığı şəxslərin sayı azdır. Rəhbərlik etdiyi hakim partiya daxilində də didişmələr var".

Üzeyir Cəfərov, hərbi ekspert

Ü.Cəfərov əlavə edib ki, Ermənistanda ordu içində də qarşıdurmalar yaşanır:

"Ermənistan generaliteti Paşinyanın istefası ilə bağlı sənədə imza atmışdılar. Həmin generallar həm daxildəki revanşistlərin, həm də kənardakı güclərin təsiri ilə mütəmadi atəşkəsi pozurlar. Paşinyana qarşı təzyiq rıçaqlarını işə salırlar”.

Hərbi ekspert bildirib ki, ancaq bunların hamısı mənasızdır:

“Çünki Paşinyan 44 günlük müharibədə acınacaqlı və biabırçı məğlubiyyətdən sonra belə ilk seçkidə ciddi səslə qalib oldu. Erməni cəmiyyəti müharibələrdən, separatçı hərəkatlardan yorulub".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri