Icma.az
close
up
RU
Paşinyanın yerinə bu şəxs keçəcək Aİ nin alternativi

Paşinyanın yerinə bu şəxs keçəcək Aİ nin alternativi

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı rəhbərliyi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı olan səbrini itirib.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasında artıq Paşinyana alternativ lider axtarışları gedir, bu barədə diplomatik kanallara sızan və sonradan saytlardan silinən sərt tonda yazılmış sənədin məzmunu geniş müzakirə mövzusuna çevrilib.

Sözügedən sənəddə açıq şəkildə bildirilib ki, Brüssel Paşinyanla daha işləmək istəmir və Avropa yönlü müxalifət daxilində daha münasib namizəd axtarılır. Avropa məmurları birbaşa açıqlama verməsələr də, hazırkı baş nazirin “toksik tərəfdaş” statusu qazandığını gizlətmirlər.

Avropa Paşinyandan niyə üz döndərdi?

Paşinyan əvvəllər Avropa İttifaqı üçün demokratik islahatların siması hesab olunurdu. Lakin son illərdəki bir sıra uğursuzluqlar onun nüfuzunu ciddi şəkildə sarsıdıb:

Qarabağ böhranı: Ermənistana köçmüş Qarabağ ermənilərinə dəstək vəd edən Paşinyan bu vədləri yerinə yetirməyib. Nəticədə, minlərlə insan sosial təminatsız və gələcək perspektivsiz qalıb, bu isə ölkədə kütləvi etirazlara səbəb olub. Daxili siyasətdə qarşıdurmalar: Paşinyan nüfuzu artırmaq əvəzinə, ölkənin güclü biznes dairələri və Ermənistan Apostol Kilsəsi ilə açıq münaqişəyə girib. Sahibkarların həbsi və kilsəyə qarşı ittihamlar cəmiyyətdə gərginliyi artırıb. Sülh prosesinin ləngiməsi: Avropa İttifaqı Paşinyanın Azərbaycanla sülh sazişi təşəbbüsünü ilkin mərhələdə alqışlasa da, real irəliləyişin olmaması Brüsseldə narazılıq yaradıb. İddialara görə, Ermənistan bilərəkdən danışıqları ləngidir və Aİ-ni aldadır. 270 milyon avroluq skandal: Aİ tərəfindən Ermənistana ayrılmış bu böyük maliyyə paketi infrastruktur və islahatlara yönəldilməli idi. Lakin vəsaitlərin böyük hissəsinin nəticəsiz qalması və korrupsiya ilə yoxa çıxması Brüsseldə həyəcan doğurub.

Paşinyanın yerinə kim gələcək?

Avropa Komissiyası kuluarlarında artıq konkret ad səslənir – Tiqran Xzmalyan. Onun rəhbərlik etdiyi az tanınan, lakin ardıcıl proqərb mövqeli partiya parlamentdə təmsil olunmasa da, Avropa fondları və diplomatik dairələrlə sıx əlaqələrə malikdir. Bu da Xzmalyanı Brüssel üçün “uyğun namizəd” halına gətirir.

Hadisələrin bu inkişafı Ermənistanın siyasi səhnəsində növbəti aylarda ciddi dəyişikliklər olacağından xəbər verir. Brüssel artıq gözləmək niyyətində deyil. /Haqqin.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri