Icma.az
close
up
RU
“Paşinyanın yerinə revanşist biri gələrsə...”

“Paşinyanın yerinə revanşist biri gələrsə...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Rusiyanın əgər Azərbaycana qarşı siyasətini dəyişmək fikri olarsa da, o halda yalnız özünə ziyan vurmuş olar...”

“Tutaq ki, Robert Köçəryan hakimiyyətə gəlsə də, o yalnız sözdə deyə bilər ki, “biz Qarabağı azad etməliyik”. Halbuki, o özü gözəl başa düşür ki, artıq Qarabağda və yaxud Zəngəzurda Azərbaycanın iradəsinə qarşı hansısa addımlar atmaq qeyri-mümkündür...”

Baş verənlərdən aydın olur ki, Rusiya resurslarının məhdudluğuna rəğmən Gürcüstanda İvanişvili hakimiyyətini qorumaqla paralel olaraq Ermənistanda Paşinyan hakimiyyətini də devirərək onu öz sadiq fiquru ilə əvəzləməklə ölkəni yenidən for-postuna çevirməyə çalışır. Tutaq ki, sabah Kreml bu məqsədinə çatdı və məsələn, Robert Köçəryan və ya oğlu Levon  Köçəryan kimi revanşist biri hakimiyyətə gəldi. Bu halda Moskva Bakı ilə münasibətləri necə tənzimləyəcək. Çünki Paşinyana alternativ olan hakimiyyət yenidən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarıyla çıxış etməli və öncə Qarabağı geri qaytaracağına söz verməlidir?.. Başqa sözlə, Azərbaycanla sözün əsil mənasında növbəti müharibəyə hazırlaşmalıdır...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:

“Rusiyanın Ermənistanı və Gürcüstanı əvvəlki səviyyədə nəzarətə götürməsi qeyri-mümkündür. Proseslər gedir və hər iki ölkədə müəyyən siyasi və sosial qüvvələr, öz gələcək inkişaf yolları, perspektivləri ilə bağlı iradələri var. Onlardan heç biri birmənalı şəkildə Rusiyaya meyilli kursu və orientasiyanı götürmür. Ermənistan da, Gürcüstan da çox əziyyət və çətinliklərdən sonra Azərbaycan nümunəsindən istifadə edirlər. Azərbaycan isə təxminən 30 il öncədən- 1990-cı ilin ortalarından bəri balanslaşdırılmış mövqe tutdu. Bunun da mahiyyəti o deməkdir ki, ölkəmiz nə Qərbə, nə də Rusiyaya tam şəkildə üstünlük vermədi. Təbii ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bunu etmək Azərbaycan üçün çox çətin idi. Azərbaycan həmin dövrdə hələ zəif idi, Türkiyə də ölkəmizə istənilən dəstəyi verə bilmirdi. Lakin bütün həm xarici, həm də Qərbin, eləcə də Rusiyanın ölkə daxilindəki proksilərinin təzyiqlərinə rəğmən Azərbaycan iqtidarı, xüsusən də İlham Əliyev dövründə balanslaşdırılmış siyasi xətti  davam etdirdi... 

Azərbaycandan sonra belə bir mövqeni Cənubi Qafqazda ilk olaraq Ermənistan nümayiş etdirdi. 2018-ci ildə hakimyyətə gəldikdən sonra Paşinyan Rusiyaya qarşı çox sərt bir mövqe tutdu və açıq şəkildə Qərbə doğru gedirdi. Ancaq müəyyən bir müddətdən sonra anladı ki, Rusiyanın ən azından onun Qərbə doğru gedişinə mane olmaq üçün təsir imkanları, rıçaqları var. Ona görə də rəsmi İrəvan Moskva ilə də münasibətləri normallaşdırıb saxlamağa çalışdı. Və bu günədək Paşinyan iqtidarı həmin siyasəti davam etdirir, Rusiya ilə münsibətlərin üzərindən xətt çəkmir. Elə Paşinyanın son ziddiyyətli açıqlamaları da bunu göstərir. O zaman-zaman KTMT-dən çıxacaqlarını bildirir. Ancaq Ermənistan XİN rəhbəri və digərləri də bildirirlər ki, bizim KTMT-dən çıxmaq fikrimiz yoxdur, sadəcə orada fəal deyilik, qərarların verilməsinə təsir göstərə bilmirik. Buna görə həmin təşkilatın fəaliyyətində iştirakımızı vacib hesab etmirik, ancaq heç rəsmi qaydada təşkilatın üzvlüyündən çıxmırıq.  Bu da, təbii ki, Rusiya ilə münasibətlərin saxlanması deməkdir. Ümumiyyətlə, Paşinyan hökuməti Rusiyanın himayəsi  altında keçirilən tədbirlərə gah qoşulur, gah da imtina edir. Lakin dəfələrlə bildirirlər ki, Moskva ilə ciddi şəkildə konfrontasiyaya getmək fikirləri yoxdur. Eyni siyasəti Gürcüstanın bugünkü hakimiyyəti yeridir və o da balanslaşdırılmış siyasət aparır. Rusiya ilə də, Qərblə də münasibət saxlayır. Avrointeqrasiyadan tam şəkildə imtina etmirlər. Sadəcə bəyan edirlər ki, avrointeqrasiya prosesini 2028-ci ilədək dondururuq, ondan sonra yenidən bərpa edəcəyik. Yəni Qərbdən tam şəkildə uzaqlaşmırlar.  Eyni zamanda Rusiyanın bəzi tələblərinə uyğun davransalar da, tam şəkildə onun himayəsinə keçməyi də qəbul etmirlər...

Deyilənlər baxımından belə düşünürəm ki, bir müddət sonra hətta Moskva İrəvanda istənilən şəxsi hakimiyyətə gətirsə belə, Ermənistanı əvvəlki kimi forpost olaraq idarə edə bilməyəcək. Çünki orada artıq Paşinyan getsə, iqtidara başqası gəlsə də, fərqli proseslər oturuşub və hakimiyyət balanslaşdırılmış siyasəti davam etdirəcəkdir.  Bir sözlə, Kreml bundan sonra özünü istər Grücüstanda, istərsə də Ermənistanda tam möhkəmlənmiş şəkildə hiss etməyəcək ki, Azərbaycana qarşı da siyasətini dəyişsin. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan regionda həddindən artıq güclüdür. Ona görə də hətta hipotetik olaraq Ermənistan və Gürcüstan Rusiyanın tabeliyinə keçsə belə, yenə də bu onun Azərbaycana qarşı siyasətinin dəyişməsinə səbəb ola bilməz. Çünki Rusiya əvvəlki Rusiya deyil- yetərincə zəifləyib, Azərbaycan isə həddindən artıq güclənib və onun münasibətləri, təbii, üzvi şəkildə birləşmiş Türkiyə kimi qardaşı, arxası var. Odur ki, bu və digər səbəblərdən  hətta Rusiyanın əgər Azərbaycana qarşı siyasətini dəyişmək fikri olarsa da, o halda yalnız özünə ziyan vermiş olar.  Hər halda bu dediklərimizi də tam arxayınlaşmaq üçün demirik. Azərbaycan da regionda və dünyada baş verən hadisələri diqqətlə izləyir.  Rusiya bu gün Ermənistana artıq nə vəd edə bilər ki, Ermənistan özü Qarabağdan imtina edib. Tutaq ki, Robert Köçəryan hakimiyyətə gəlsə də, o yalnız sözdə deyə bilər ki, “biz Qarabağı azad etməliyik”. Halbuki, o özü gözəl başa düşür ki, artıq Qarabağda və yaxud Zəngəzurda Azərbaycanın iradəsinə qarşı hansısa addımlar atmaq qeyri-mümkündür.  Bunu Ermənistanın bütün siyasi dairələri yaxşı başa düşür. Bugünkü Paşinyan iqtidarının isə əsas  məqsədi odur ki, 29,7 kv.km-lik Ermənistan ərazisini rəsmiləşdirsinlər. Və Azərbaycan da bütün bunları çox yaxşı bilir.  Amma bu gün hər hansı ciddi bir təhlükə yoxdursa da, onun ola biləcəyini də nəzərə almaq lazımdır.  Azərbaycan da bu cür üslubda sanballı, düzgün siyasətini yeritməkdə davam edir...”

Sultan Laçın 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri