Paşinyanla Mirzoyanın avtomobil DAVASI: Qonaqları necə qəbul edəcəyəm?
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında mübahisə yaranıb.
Avtosfer.az bildirir ki, bu barədə “Past” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Paşinyan ölkənin Xarici İşlər Nazirliyinin demək olar, bütün rəsmi avtomobillərini ixtisar etmək qərarına gəlib.
Mirzoyan Baş nazirə xarici qonaqları qəbul etmək və onları müşayiət etmək üçün idarə maşınlarının lazım olduğunu deyərək vəziyyəti düzəltməyə çalışıb. Bununla belə, nəşrin yazdığına görə, hökumət başçısı aydın şəkildə bildirib ki, alternativ variantları, məsələn, avtomobillərin icarəsini axtarmaq lazımdır.
“Past” öz mənbəsinə istinadən qeyd edib ki, Mirzoyanın Paşinyanı razı sala biləcəyi hələlik bəlli deyil, lakin bu məsələ onların münasibətlərinə təsir edib.
(sfera.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















